BÜLLETEN

Gənc Kardioloq və Rezidentlər İşçi Qrupu

Sədr
Dr. Şahanə Ələsgərli
Üzvlər
Dr. Ayla Alverdiyeva
Dr. İradə Aslanova
Dr. Elvira Babaşova
Dr. Lalə Babayeva
Dr. Sara Bayramzadə
Dr. Elmira Ələkbərli
Dr. Lamiyə Elişzadə
Dr. Tərənnüm Əlizadə
Dr. Səidə Hüseynova
Dr. Gülşən Musayeva
Dr. Mülayim Musayeva
Dr. Aytən Nəsibova
Dr. Elnurə Qardaşova
Dr. Sevda Qasımova
Dr. Sona Qasımzadə
Dr. Gülçin Quluzadə
Dr. Lalə Quluzadə
Dr. Elyar Zeynalov
Dr. Nərgiz Müştaqzadə
Geri

Tiroid və ürək

Müəllif: Dr. Mülayim Musayeva

 

    Tiroid (qalxanabənzər vəz) hormonları kardiovaskulyar sistem funksiyalarının tənzimlənməsində ciddi rol oynayır. Kardiovaskulyar xəstəlik varsa , yanaşı tiroid problemini  (subklinik və ya klinik) aşkarlamaq üçün tiroid funksiyasını dəyərləndirmək lazımdır. Həm klinik, həm də subklinik formada tiroid xəstəlikləri ( hipertiroid və hipotiroid vəziyyətlər ) az və ya çox dərəcədə ürək qan damar sitemi üzərində təsirini göstərir. Hormon miqdarındakı cüzi, lakin davamlı artış damar müqavimətinə və miokardın yığılma qabiliyyətinə təsir edə bilir.

    Tiroid hormonlarının ürəyə əsas təsiri triyodtreonin ( T3 ) vasitəsilədir. T3 kardiovaskulyar sistemə birbaşa və dolayı yollarla təsir edir. Birbaşa təsir miositlərdə, damar düz əzələ hüceyrələrində, endoteldə yerləşən tiroid hormonu reseptorları ( TR ) vasitəsilə həyata keçirilir. Dolayı təsir isə avtonom sinir sistemi, renin-angioenzin-aldesteron sistemi (RAAS), lipid metabolizmi, böyrəklər vasitəsilə baş verir. Ümumilikdə T3 sistolik yığılmanın gücünü , sürətini və diastolik relaksasiya sürətini artırır.Yanaşı olaraq koronar damarlar da daxil olmaqla periferik damar müqavimətini azaldır, koronar arteriolar angiogenezi sürətləndirir. 

    T3 toxuma termogenezini artırır, damar düz əzələ hüceyrələrinə təsir nəticəsində periferik damar müqaviməti azalır, orta arterial təzyiqin azalması renin angiotensin –aldesteron sisteminin aktivləşməsinə, nəticədə böyrəklərdə natriumun reabsorbsiyasının artmasına gətirib çıxarır.Yanaşı eritropoetin miqdarının da artması dövr edən həcmində artışa, bu da öz növbəsində önyükün artmasına gətirib çıxarır. Beləliklə ürəyin vurğu həcmi artır. Hipertireodizm zamanı bu artış normadan 2 dəfədən daha çox ola bilir, əksinə hipotiroid vəziyyətlərdə isə əksinə mexanizmlərlə 30-40% azalma müşahidə oluna bilər. 

      Tiroid xəstəlikləri zamanı ateroskleroz və atrial fibrilyasiya daha çox yayılsa da perikardit, perikardial effuziya, tamponada, sinus bradikardiyası, atrioventrikulyar blok, uzun QT ,Torzad-de-pointes tipli mədəcik taxikardiyası, sol mədəciyin sistolik və diastolik funksiya pozulmaları, ürək çatışmazlığı, mitral qapaq prolapsı (xüsusilə autoimmun tiroid xəstəlikləri zamanı ), sistolik və diastolik hipertenziya, endotel disfunksiyası kimi digər xəstəliklərə də rast gəlinir.

 Tiroid hormonları və Ürək çatışmazlığı ( ÜÇ ) . ÜÇ-da azalmış tiroid hormon funksiyasının rolu və hormon əlavəsinin faydaları geniş araşdırılmışdır.  ÜÇ zamanı TR azalması aşkarlanmışdır. Klinik araşdırma nəticələrinə görə ÜÇ xəstələrində müalicəyə tiroid hormon əlavəsi sistolik funksiyanı yaxşılaşdırır. Lakin hələ də bu mövzuda uzun müddətli randomizasiyalı tədqiqatlara ehtiyac var.

Hipotiroidizm. T4 və T3 səviyyələrində azalma, TSH səviyyəsində artışla xarakterizasiya olunur. Hipotireodizmin ürək –qan damar sisteminə aid əlamətlərinə diastolik hipertenziya, sinus düyünü disfunksiyasına bağlı olaraq sinus bradikardiyası və stress vəziyyətlərdə normal sinus düyünü akselerasiyanın pozulması , uzun QT,mədəcik taxikardiyaları, perikardit, perikardial effuziya, nadir hallarda ürək tamponadası aiddir. Xroniki hipotireoid vəziyyətlərdə dislipidemiya (hiperxolesterinemiya)  və hipertenziya ilə əlaqədar ateroskleroz riski, eləcə də koronar arteriya xəstəliyi riski artır. Nadir hallarda kardiomiopatiya,endokardial fibroz, miksomatoz qapaq dəyişiklikləri müşahidə olunur. Hormon müalicəsi əksər hallarda effektiv olur.

Hipertiroidizm. T4 və T3 səviyyəsində artış, TSH səviyyəsində azalma ilə xarakterizasiya olunur. Klinik sinptom və əlamətlərinə sistolik hipertenziya, artmış sol mədəcik kütləsi, fiziki yükə dözümsüzlük, stenokardik tutmalar, sistolik küylər, sinus taxikardiyası aiddir. Ağırlaşması artmış insult riski ilə müşahidə olunan atrial fibrilyasiya (səyrici aritmiya), artmış vurğu həcmi ilə müşahidə olunan ÜÇ-dır. Paroksizmal və ya xroniki AF-si olan hər xəstədə hipertireozu inkar etmək üçün TSH baxılmalıdır. Rəhbər tövsiyyələrə görə eutiroid vəziyyət əldə olunana qədər sinus ritmini bərpa etməyi gecikdirmək lazımdır. Bu dövrdə müalicə beta-blokatorlar ( ehtiyac olarsa kalsium antoqonistləri), antikoaqulyant və antitiroid dərmanlarla aparılmalıdır.

 

Ədəbiyyat siyahısı:

1. American journal of medicine.Thyroid and the Heart .22.03.2014

2. Braunwald s HEART DISEASE  (A textbook of cardiovascular medicine ) 12.edition. Volume 2

3. Epub 2022 Jan 15.Thyroid disorders and cardiovascular manifestations: an update

4. Epub 2019 Mar 5.Subclinical thyroid dysfunction and cardiovascular consequences: An alarming wake-up call?

5. Recent Prog Horm Res. 2004;59:31-50. doi: 10.1210/rp.59.1.31. Effects of thyroid hormone on the cardiovascular system PMID: 14749496 DOI: 10.1210/rp.59.1.31

Geri