19-02-2023
Azərbaycan Kardiologiya Cəmiyyəti elmi məqalələrin yazılması, araşdırmaların aparılması və bu araşdırma nəticəsində yazıların beynəlxalq elmi jurnallarda dərc edilməsi istiqamətində kursların təşkilini davam etdirir. Bu məqsədlə 18-19 fevral 2023-cü il tarixlərində elmi məqalələrinin yazılmasına və statistikanın aparılmasına dair kursun 2-ci hissəsi təşkil edilmişdir. 2 gün davam edən “A-dan Z-yə araşdırma və statistika. 2-ci hissə" adlı kursun moderatorları Prof. Dr. Mustafa Kılıçkap və Prof. Dr. Meral Kayıkçıoğlu olmuşdur. Kursun iştirakçıları araşdırma və elmi məqalə yazmağa marağı olan, ingilis dilini yüksək səviyyədə bilən üzvlərdən ibarət olmuşdur. Kurs EGIS firmasının şərtsiz elmi dəstəyi ilə keçirilmişdir. Kursa böyük marağın və ehtiyacın olması səbəbindən gələcəkdə də bu kursların keçirilməsi nəzərdə tutulur.