Əsas səhifə Xəbərlər AKC IB-nin yaranmasından 15 il ötür

Xəbərlər

AKC IB-nin yaranmasından 15 il ötür

20-02-2024

“Uğurun sirri- heç kimin bilmədiklərini bilməkdir”. Müstəqilliyin əldə olunmasının onilliyindən bir qədər sonra Azərbaycan səhiyyəsinin öz sahələri üzrə inkişafına töhfə vermək məqsədilə o dövrün və indiki zamanın da qabaqcıl “heç kimin bilmədiklərini bilən” kardioloqlarımızın təşəbbüsü ilə Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) yaranmasına təkan verilmişdir. 2006-cı ildən həm illərin təcrübəsinə sahib olan, həm gənc aparıcı kardioloqların iştirakı ilə aparılan müzakirələrin nəticəsində 19.02.2009-cu ildə Cəmiyyətin rəsmi olaraq təsis olunmasına müvəffəq olunmuşdu. Dünyada qəbul olunmuş innovasiyaları yerli həkimlərə əlçatan etmək üçün AKC 2011-ci ildə Avropa Kardiologiya Cəmiyyətinin (ESC) üzvlüyünə daxil olmuşdur.

Hamısının adlarını sadalamaq mümkün olmasa da, Cəmiyyətin yaranmasında və inkişaf etməsi üçün əzm göstərən, əvəzsiz zəhmət çəkən, istər adi bir üzv qismində, istərsə də, rəhbərlik şurası tərkibində hər bir dəyərli üzvümüzə dərin minnətdarlığımızı bildiririk.

Xüsusi olaraq əvvəldən bu ölkənin rifahı üçün belə bir cəmiyətin mövcudluğunun zəruriliyinə inanan və dəstək olan ADA universitetinin rektoru cənab Hafiz Paşayevə və bu illər ərzində həmişə yanımızda olan və dəstəklərini əsirgəmiyən Türk Kardioloji Dərnəyinə dərin minnətdarlığımızı bildiririk.

×