Əsas səhifə Xəbərlər AKC İdarə Heyətinin konqres və konfranslarla əlaqədar 17 yanvar 2023 tarixli qərarı

Xəbərlər

AKC İdarə Heyətinin konqres və konfranslarla əlaqədar 17 yanvar 2023 tarixli qərarı

20-01-2023

AKC İdarə Heyətinin konqres və konfranslarla əlaqədar 17 yanvar 2023 tarixli qərarı

1. Azərbaycan Kardiologiya Cəmiyyəti üzvlərinə Səhiyyə Nazirliyinin icazəsi olmadan təşkil edilən konqres və konfranslara qatılmamağı  tövsiyyə edir. (Farmaseptik kompaniyalar və dərman sənaye sektorunun Bakıda və bölgələrdə keçirdiyi təqdimat, satellit simpozyum və kiçik toplantılar buraya daxil deyil).
2. AKC özünün təşkilatçısı olmadığı və Cəmiyyət rəhbərliyindən loqo istifadə icazəsi alınmayan konqres və konfranslarda AKC İdarə Heyəti üzvlərinin çıxış və moderator olmasını qadağan edir. (Farmaseptik kompaniyalar və dərman sənaye sektorunun Bakıda və bölgələrdı keçirdiyi təqdimar, satellit simpozyum və toplantılar buraya daxil deyil). AKC İdarə Heyətinin üzvü öz çalışdığı qurum və doktorantura və dissertantura təhsili davam edən müəssisənin bütün tədbirlərində İdarə Heyətinə bildirmədən məruzəçi və moderator kimi çıxış edə bilər
3. AKC farmaseptik kompaniya və dərman sənayesi sektorlarına keçirəçəkləri toplantılar barədə İdarə Heyətimizin məlumatlandırılmasını tövsiyyə edir. AKC ayrılmaz parçamız olan bu sektoru dəstəkləmək üçün bütün töhfələri verəcəkdir.

Azərbaycan Kardiologiya Cəmiyyəti
İdarə Heyəti
17 yanvar 2023

×