Əsas səhifə Xəbərlər “Elmi məqaləni necə düzgün yazaq” adlı 2 günlük kurs

Xəbərlər

“Elmi məqaləni necə düzgün yazaq” adlı 2 günlük kurs

06-01-2023

AKC-nin elmi və təşkilati tərəqqisi istiqamətində, belə ki elmi məqalə yazmaq, tədqiqat aparmaq və beynəlxalq elmi jurnallarda yazı dərc etmək mövzusunda, kurs təşkil olunmuşdur. Kursda iştirak üçün işçi qruplarından bu sahədə fəallıq göstərən (ESC-nin rəhbər tövsiyələrinin tərcüməsində, tədbirlərin təşkilində və s.)  21 nəfər üzvün iştirakı təmin olunmuşdur. Belə ki, seçim zamanı iştirakçıların yüksək xarici dil bilgisi nəzərə alınmışdır. “Elmi məqaləni necə düzgün yazaq” adlı 2 günlük kursu İstanbul Universiteti Tibb Fakultəsinin professoru Betül Baykan tədris etmişdir.
Kurs EGİS firmasının şərtsiz dəstəyi ilə təşkil olunmuşdur.  Bu cür kursların təşkili Cəmiyyətin fəaliyyətinə töhfə vermək istəyən, ingilis dilini mükəmməl bilən  üzvlər üçün bundan sonra da keçirilməsi nəzərdə tutulmuşdur.

×
a