01-03-2024
Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyev, sədr müavinləri Abbasəli Abbasəliyev, Fuad Səmədov və katib Cəmil Babayev 29.02.2024-cü il tarixində TƏBİB-in icracı direktorunun müavini Araz Nəsirov, direktorun müşaviri Emin Xəlilov, Tibbi Təhsil və İnnovasiyalar Departamentinin rəhbəri Teymur Mirzəbəyli, Tədqiqatlar və Protokolların Tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayevanın İctimai Birliklərlə keçirdiyi görüşdə iştirak ediblər. Görüşdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması məqsədi ilə tibbi personalın maarifləndirilməsi istiqamətdə görülən işlərin birgə təşkilinin səmərəliliyi vurğulanıb, ictimai birliklərin fəaliyyətində TƏBİB publik hüquqi şəxsin dəstəyinin təmin olunacağı bildirilib. Sonda TƏBİB və Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.