Əsas səhifə Xəbərlər İnvaziv toplantı - 15 fevral 2023

Xəbərlər

İnvaziv toplantı - 15 fevral 2023

16-02-2023

Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupu növbəti toplantısını 15 Fevral 2023-cü il tarixində keçirtdi. Bu İnvaziv toplantı Dr. Hüseynov Saleh və Dr. Zeynalov Rüfət moderatorluğu ilə baş tutmuşdur. Maraqlı proqramı ilə seçilən bu toplantı zamanı Dr. Tağızadə Natavan "Mürəkkəb Bifurkasiyalı darlıqlarda müalicə taktikası" mövzusu ilə çıxış etmiş və Dr. Ağamalıyev Mehman və Dr. İmanov Qalib kliniki hallar təqdim etmişlər. İnteraktiv formada keçirilən bu toplantıda iştirak edən həkimlər bir sıra məsələlər ilə bağlı fikir mübadiləsi aparmışlar.

×