Əsas səhifə Xəbərlər İşçi qrupu üzvlüyünə qəbul

Xəbərlər

İşçi qrupu üzvlüyünə qəbul

13-12-2023

Hörmətli üzvlər, 2024-2025-ci illər üzrə AKC İB-nin strukturunda yaradılmış aşağıdakı işçi qrupları üzrə üzv müraciətlərinin qəbuluna start verildi. Elm fəaliyyətini sevən, yaradıcı və yenilikçi, aid olduğu qrupun fəaliyyətinə töhvə verməklə ölkəmizdə kardiologiyanı bu istiqamətdə bir addım daha önə aparma məsuliyyətini qəbul edən üzvlərimizdən xahiş edirik: soyad, ad, ata adı, ixtisası, üzv olmaq istədiyi işçi qrupunun adını (bir və ya iki işçi qrupuna üzv olmaq mümkündür) qeyd edib mövzu yerinə "İşçi qrupu üzvü" yazmaqla congress@akc.az mail adresinə göndərsinlər. Son müraciət tarixi: 18.12.2023

1.Təxirəsalınmaz kardiologiya işçi qrupu

2.Ürək çatışmazlığı işçi qrupu

3.İnvaziv işçi qrupu

4.Aritmiya işçi qrupu

5.Görüntüləmə işçi qrupu

6.Struktural ürək xəstəlikləri işçi qrupu

7.Elmi araşdırmalar işçi qrupu

8.Preventiv kardiologiya işçi qrupu

9.Gənc kardioloqlar və rezidentlər işçi qrupu

10.Rəqəmsal kardiologiya və innovasiyalar işçi qrupu

11.Kardiologiyada səhiyyə siyasəti (cardiopolicy) işçi qrupu

×