Əsas səhifə Xəbərlər Kliniki hal
30-10-2023
Hər ilki ənənəyə uyğun olaraq, bu il də Azərbaycan Kardiologiya Cəmiyyətinin XII Milli Konqresi çərçivəsində Dr. Əli Əkbərovun xatirəsinə həsr olunmuş klinik hal müsabiqəsinə klinik hal təqdimatlarının qəbulu açıq elan edilir.
Klinik hal təqdimatı aşağıdakı qaydalara uyğun olaraq tərtib olunmalıdır.
1. Kliniki hal təqdimatı Azərbaycan dilində hazırlanmalı və mətnin həcmi 300 sözdən artıq olmamalıdır. Simvolların məsləhət görülən ölçüləri: “Times New Roman”, 12, 1 sətrlik interval ilə.
2. İlkin olaraq klinik halın adı və müəlliflər və əlaqə məlumatları göstərilməlidir.
Klinik halın adı:
Müəllif:
Müəssisənin adı:
Ünvan:
Əlaqə: tel və e-mail.
3. Klinik hal giriş, klinik hal, müzakirə, açar sözlər (2-3), öyrədici məsələlər ardıcıllığı ilə tərtib olunmalıdır. 2-3 öyrədici məsələ təqdim edilməli və hər biri 2 cümlədən uzun olmamalıdır.
4. Təqdim olunan klinik hal patologiyanın az rastlanması, müayinə və ya müalicə zamanı qarşılaşılan qeyri-adi yönlər baxımından fərqlənməlidir.
5. Foto və ya video materialların keyfiyyətinə xüsusi diqqət yetirilməlidir. Bu materiallar JPEG, AVI və ya DICOM formatında olmalıdır. Klinik halların dəyərləndirilməsində əsas parametrlərdən birinin də materialların keyfiyyəti olduğu nəzərdə tutulmalıdır. Mobil telefon və ya bənzər cihazlarla əldə olunmuş keyfiyyəti yetərli olmayan video materiallar dəyərləndirilməyəcək. Foto və video materialda xəstənin şəxsi məlumatlarının olmamasına, anonimliyə diqqət yetirilməlidir.
6. Mətndə xəstənin adı,soyadı, həmçinin klinikanın adının olmamasına diqqət yetirilməlidir.
7. Abreviaturalardan istifadə edilməməlidir.
8. Ədəbiyyat aşağıdakı formada göstərilməlidir:
Schroeder S, Baumbach A, Mahrholdt H. The impact of untreated coronary dissections on the acut and long-term outcome after intravascular ultrasound guided PTCA. Eur Heart J 2000;21:137-145.
9.Daha əvvəl AKC konqreslərində təqdim olunmuş, jurnalda çap olunmuş klinik hallar yarışmaya qəbul olunmayacaq.
10.Hər bir həkim tərəfindən maksimum 3 kliniki hal təqdim oluna bilər.
11.Kliniki hallar 20 Noyabr 2023 tarixinə qədər göndərilməlidir. Bu tarixdən sonra təqdim olunmuş kliniki hallar dəyərləndirilməyəcəkdir.
12. Bütün kliniki hallar 20 Noyabr 2023 tarixinə qədər ilkin formada dəyərləndiriləcək və kliniki halın tibbi əhəmiyyəti, təqdimatın hazırlanması və foto-video materialın keyfiyyəti olmaq üzrə 3 parametrə əsasən ən yaxşı göstəriciyə malik 5 kliniki hal seçiləcək.
Klinik hallar, həmçinin əlaqəli foto-video material congress@akc.az ünvanına göndərilməlidir. Elektron ünvana kliniki hal göndərildiyi halda mövzu yerində “Kliniki hal” yazılmalıdır.
Klinik hal seçildiyi təqdirə Slayd Prezentasiyası hazırlanmalıdır.
Maksimum 9-10 slayd:
1. Titul Slayd: Klinik halın adı, məruzəçinin adı, soyadı, işlədiyi müəssisənin adı, məruzə tarixi, məruzənin keçirildiyi yer.
2. Giriş.
3 - 5. Klinik halın təqdimatı.
6 - 7. Müzakirə.
8. Öyrədici məqamlar (çatdırılacaq mesajlar)
9. Ədəbiyyat:
Yarışma birincisinin Türkiyə Kardiologiya Cəmiyyətinin 2024-cü ildə keçiriləcək konqresinə qeydiyyatı Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən qarşılanacaq.