Əsas səhifə Xəbərlər XI Milli Konqres

Xəbərlər

XI Milli Konqres

12-12-2022

AKC İB-nin təşkil etdiyi XI Milli Konqres 9-11 Dekabr 2022-ci il tarixdə Bakı şəhəri Fairmont Baku otelində keçirilmişdir.  Ən azı 700-dək həkimin iştirakı ilə baş tutan bu tədbirə Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Hindistan, Gürcüstan kimi xarici ölkələrdən məruzəçilər dəvət edilmişdir. Tədbir zamanı AKC İB Türk Dünyası Aritmiya Sessiyası və ESC (European  Society of Cardiology), WHF (World Heart Federation), RKC (Rusiya Kardiologiya Cəmiyyəti), GSC (Global Society of Cardiology) kimi beynəlxalq təşkilatlarla birgə sessiyalar keçirilmişdir.
      Tədbirin birinci günü açılış mərasimində AKC İB-nin sədri Üzeyir Rəhimov AKC-nin illik fəaliyyəti ilə bağlı konqres iştirakçılarını məlumatlandırmışdır. Daha sonra AR səhiyyə nazirinin müavini İlqar Qasımov, İcbari  Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov çıxış etmişdilər. Açılış mərasimin sonunda bir sıra şəxslərə plaketlər təqdim edilmişdir. Konqresin ikinci günü EXO müsabiqəsi keçirilmişdir. Müsabiqənin qalibinin 10-12 may EACVI BARCELONA 2023 EURO IMAGING konqresində qeydiyyatı Filipps şirkəti tərəfindən qarşılanacağı elan olunmuşdur.

×
a