Tədbirlər

Dəyərli AKC IB-nin üzvləri! Məlumat vermək istərdik ki, İşçi qruplarımızın tərkibinin yenidən formalaşması nəzərdə tutulur.

25.01.2022

Dəyərli AKC IB-nin üzvləri!

Məlumat vermək istərdik ki, İşçi qruplarımızın tərkibinin yenidən formalaşması nəzərdə tutulur. Aşağıdakı siyahıda sadalanan hər hansı bir qrupda çalışmaq istəyən hər bir üzvümüzdən xahiş edirik ki, 27.01.2022-ci il tarixinədək tərkibində təmsil olunmaq istədiyi qrupun adını yazmaqla [email protected] e-mailinə göndərsinlər.Qeyd etmək istərdik ki, İşçi Qruplarının rəhbərləri İdarə Heyəti tərəfindən seçiləcəkdir.

İŞÇI QRUPLARININ SIYAHISI

  1. İnvaziv Müdaxilə İQ 
  2. Kardiak Görüntüləmə İQ
  3. Hipertenziya İQ
  4. Ürək Çatışmazlığı İQ 
  5. Aritmiya İQ
  6. Gənc Kardioloqlar və Rezidentlər İQ
  7. Anadangəlmə Ürək Qüsurları İQ
  8. Qapaq Xəstəlikləri İQ
  9. Lipid İQ
  10. Hamiləlikdə Ürək Xəstəlikləri İQ
  11. Pulmonar Vaskulyar Xəstəliklər İQ
  12. Kardioprofilaktika və Reabilitasiya İQ
  13. Aterosklerotik Kardiovaskulyar Xəstəliklər İQ


Kardiovaskulyar Farmakoterapiya İQ

Hörmətlə,
Sədr
T.ü.f.d Üzeyir Rəhimov