Əsas səhifəNizamnamə

Nizamnamə

Nizamnamə

NİZAMNAMƏ

I. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Kardiologiya ictimai birliyi (bundan sonra - Birlik adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.

1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, «Qeyri- hökumət təşkilatlan (ictimai birlik və fondlar) haqqında» Azərbaycan Respublikasının Qanunu, digər normativ-hüquqi aktlar və bu Nizamnamə əsasında həyata keçirir.

1.3. Birlik Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklannda hesablaşma hesabı və digər rekvizitləri vardır.

1.4. Birliyin yerləşdiyi ünvan: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ramil Qəmbərov küçəsi, ev 4, mənzil 7

 

II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ

2.1.Birliyin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdınlmasına kömək etməkdən ibarətdir.

2.2. Birlik bu məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir;

2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:

2.4. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə bilməz.

 

III. BİRLİYİN HÜQUQLARI

3.1. Birlik aşağıdakı hüquqlara malikdir:

 

IV. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ

4.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzıllər, avadanlıqlar, in-ventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericilikdə qadağan olunmamış növlərdə əmlak ola bilər.

4.2. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun oiaraq özgəninkiləşdirilə bilər.

4.3. Birliyin əmlakının pul və digər şəkildə formalaşdınlması mənbələri aşağıdakılardır:

4.4. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.

4.5. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin maqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.

4.6. Birliyin hesabına daxi olmuş məqsədli vəsat başqa isfiqamətlərdə xərclənə bilməz.

4.7. Birlik siyasi partiyalara maliyyə va başqa maddi yardım gösterə bdməz.

4.8. Birlik qanunveridliklə müəyyən edilmiş qaydada maliyyə. statistik və sair hesabatlar tərtib edir və dövlət orqanlanna təqdim edir

 

V. BİRLİYİN TƏSİSÇİLƏRİ VƏ ÜZVLƏRİ
ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

5.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyət və yerli özünüidarə orqanlan istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.

5.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onlann arasında bağlanmış müqavilə ilə və ya bu Nizamnamə ilə müəyyən edilir.

5.3. Azərbaycan Respublikasında hər bir fiziki və hüquqi şəxs (dövlət hakimiyyəti və yerli özünüidarə orqanlan istisna olmaqla) ictimai birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.

5.4. Birliyə üzvlərin qəbulu Birliyin idarə Heyəti tərəfindən apanlır.

5.5. Birliyə daxil olmaq üçün idarə heyətinə yazılı şəkildə müraciət edilir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində idarə heyətinin üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.

5.6. Birliyin üzvləri öz aralarında bərabərhüquqlu olub aşağıdakı hüquqlara malikdirlər:

5.7.  Birliyin üzvü yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

5.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar.

5.9. Birliyə üzvlük haqqının miqdarı Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.

5.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

5.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:

5.12. Üzvlükdən, təsisçilikdən çıxarılma.qəran iə həyata keçirilə bilər.

5.13. Birlik üzvünün həmin qərardan Birliyin ali idarəetmə orqanina və məhkəməyə şikayət etmək hüququ vardır.

 

VI. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU
VƏ İDARƏETMƏ ORQANLARI

6.1. Birliyin ali orqanı ildə bir dəfədən az olmayaraq çağınlan Ümumi yığıncaqdır.

6.2. Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağınlır.

6.3. Birliyin təsisçilərinə və üzvlərinə Yığıncağın yeri və vaxtı haqqında iki həftə əvvəl məlumat verilməlidir.

6.4. Ümumi Yığıncağın səlahiyyətinə aşağıdakılar aiddir:

6.5. Ümumi Yığıncaq yalnız Birlik üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli hesab olunur.

6.6. Ümumi Yığıncaqda müzatarə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Hər br üzv bir səsə malikdir. Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi və təşk atm yenkten təşkili və ləğvi barədə qərann qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur.

6.7. Birliyin fəaliyyətinə car -ənbəriiyi İdarə Heyəti həyata keçirir.

6.8. İcra orqanı Birliyin Sədrindən, onun müavinlərindən və digər şəxslərdən ibarət olan İdarə Heyətidir.

6.9. İdarə Heyəti kollegail icra orqanı olub aşağıdakı səlahiyyətlərə malikdir;

6.10. İdarə Heyət üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətli sayılır və qərarlan sadə səs çoxluğu ilə qəbu edilir.

6.11. İdarə Heyətinin sədri müavinləri və digər üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən 2 (lo) il müddətinə seçilir

6.12. Sədr

6.13. Birliyin Nəzarət-təftiş komissiyası birliyin vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olması, habelə Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirir. NTK üzvlərinin sayı Ümumi Yığıncaq tərəfindən müəyyən edilir. NTK-nın səlahiyyət müddəti 2 (iki) ildir.

NTK-nın qərarlan sadə səs çoxluğu ilə qəbul edilir.

6.14. NTK Birliyin orqanlanndan və üzvlərindən daxil olan müraciətlərə bir ay müddətində baxıb cavab verməlidir.

 

VII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ

7.1. Birliyin fəaliyyətinə onun yenidən təşkil edilməsi (birləşmə, qoşulma, bölünmə, aynlma, çevrilmə) və ləğv edilməsi yollan ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.

7.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərara əsasən ləğvetmə komissiyası yaradılır. Bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorlann tələbləri ödənildikdən sonra qalan əmlak qanunverijiliklə müəyyən olunmuş qaydada Nizamnamə məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəlcflir. Birliyin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və digər qanunvericilik aktianna əsasən həyata keçirilir.

 

VIII DIGƏR ŞƏRTLƏR

8.1. Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.

8.2. Gələcəkdə bu nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tədbiq edilir.

8.3. Birliyin maliyyə qeydiyyata alındığı vaxtdan başlayır və növbəti ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə illəri isə 1 yanvarda başlayır və dekabr ayının 31-dək olan dövrü əhatə edir.

×