Azərbaycan Kardiologiya Cəmiyyəti illik fəaliyyət planına əsasən növbəti elmi tədbirini 17 Dekabr 2022-ci il tarixdə Lənkəran şəhərində keçirəcək. Lankaran Springs oteldə keçiriləcək bu elmi tədbirimizə qatılmaq üçün Bakıdan avtobus təşkil olunacaq. Bakıdan tədbirə qoşulmaq istəyən AKC üzvləri ödənişsiz, qeyri-üzvlər 30 Azn ödəniş etməklə tədbirdə iştirak edəcəklər. Regionlardan qatılan üzv və qeyri-üzv iştirakçılar ödənişsiz şəkildə konfransa qoşula bilərlər.
Tədbirin elmi proqramı ilə buradan tanış ola bilərsiniz.
17 Dekabr 2022 Lənkəran Konfransı
AKCİB-nin növbəti tədbiri 17 dekabr 2022-ci il tarixdə Lənkəranda baş tutacaq.