Əsas səhifəHaqqımızda

Haqqımızda

Haqqımızda

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi(AKCİB)

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ölkədə ürək-damar xəstəliklərinin qarşısını almağa xidmət edən kardioloqların könüllülük prinsipləri əsasında yaradılmış Birliyidir.

Baş ofis: Nəriman Nərimanov rayonuƏhməd Rəcəbli 156, Aynalı Plaza 4-cü mərtəbə, Bakı, Azərbaycan, AZ 1078

Vebsayt: www.akc.az;

E-mail: info@akc.az

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi 25 mart 2011-ci il tarixdə Avropa Kardiologiya Cəmiyyətinin namizədliyindən həqiqi üzvi seçilmişdir.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ümumi maraqlar əsasında birləşmiş, könullülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzəedə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti Azərbaycan Respublikasının ərazisini əhatə edir.  

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin əsas məqsədi Azərbaycan Respublikasında ürək-damar xəstəliklərinin profilaktikasını, diaqnostikasını və müalicəsini dünya səviyyəsinə çatdırılmasına kömək etməkdən ibarətdir.    

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi bu mıqsədə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:

- kardioloqların bu sahədə biliklərini artırmaq və dünya kardiologiya elminin nailiyyətlərini Azərbaycanda təbliğ etmək;

- Azərbaycanda ürək-damar xəstəliklərinin yayılması səbəbini öyrənmək;

- kardioloqların peşəkarlıq səviyyəsini artırmaq;

- Azərbaycan kardioloqları ilə Avropa və digər ölkələrin kardioloqları arasında əməkdaşlığın inkişafına kömək etmək;

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin fəaliyyəti:

- müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil edir, konfranslar, xeyriyyə marafonları və digər madəni-kütləvi tədbirlər keçirir;

- məqsədləri və fəaliyyəti barədə məlumatı sərbəst yayır,qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir;

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyin strukturuna daxildir:

- 834 üzv; 

- 21 İşçi Qrupu;

- İdarə Heyəti; - 18 üzv

- Sabahın Kardioloqları - 35 üzv;

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyin fəaliyyət planına daxildir:

- aylıq elmi konfranslar;

- birgə sessiyalar;

- bilik və təcrübə mübadiləsi sessiyaları;

- forumlar;

- müxtəlif farmakologiya şirkətləri ilə digər mədəni-kütləvi tədbirlər;

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi ölkənin bütün kardiologiya infrastrukturları ilə əməkdaşlıq etməkdədir.

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyin Konfransları, birgə Konqresləri və tədbirləri:

- Avropa Kardiologiya və Azərbaycan Kardiologiya Cəmiyyətlərinin birgə Elmi Konfransı, 13-14 oktyabr 

  2017, Bakı.

- AKC-nin ``Diabet və Ürək-Damar xəstəlikləri`` və ``Gənc Kardioloqlar`` İşçi Qruplarının birgə konfransı,   

  29 sentyabr 2017,Bakı.

- AKC və Avropa Ürək Çatışmazlığı Assosiasiyasının birgə Sessiyası, 10 iyun 2017,Bakı.

- AKC-nin `` Miyokard və Perikard xəstəlikləri`` və ``Kardiovaskulyar farmakoterapiya`` İşçi Qruplarının   

  konfransı, 16 may 2017,Bakı.

- AKC-nin `` Kardiak MRT`` və ``Kardiak KT`` İşçi Qruplarının konfransı, 27 aprel 2017,Bakı.

- AKC-nin `` Hipertenziya``  İşçi Qrupunun konfransı, 08 aprel 2017,Bakı.

- AKC-nin `` Böyüklərdə anadangəlmə ürək qüsurları`` və `` Pediatrik Kardiologiya`` İşçi Qruplarının    

  konfransı, 03 fevral 2017,Bakı.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin V Milli Konqresi, 28-29 noyabr 2016, Bakı.

- AKC-nin `` Exokardioqrafiya`` və ``Qapaq xəstəlikləri`` İşçi Qruplarının konfransı, 25 oktyabr 2016,Bakı.

- Avropa Kardiologiya Cəmiyyətinin İllik Konqresində bu Cəmiyyətin 54-cü ailə üzvi kimi iştirakı və beşinci sərgi-stendin təşkili, 28 avqust-01 sentyabr 2016,Roma.

-AKC-nin 28 May-Respublika Gününə həsr olunmuş Xeyriyyə Tədbiri, 28 may 2016,Bakı.

-AKC-nin ``Pulmonar və Venoz Dövranı`` İşçi Qrupunun konfransı, 27 may 2016,Bakı.

-AKC-nin Türk Dünyası Kardioloji Birliyinin I Bakı Simpoziumunda iştirakı, 30 aprel 2016,Bakı.

- AKC-nin``Cavanlarda Qəfləti Ürək Ölümü, II Beynəlxalq Bakı Simpoziumu`` 02 aprel 2016,Bakı.

- AKC-nin``AKC Exokardioqrafiya İşçi Qrupunun məqsədi və gələcək planları haqqında`` Elmi konfransı,15 mart,2016,Bakı.  

-AKC-nin Kardioreanimasiya və Resusitasiya İşçi Qrupunun``2015-ci ildə kardiopulmonar və serebral resusitasiyada (canlandırmada) yeniliklər`` mövzusunda Elmi Konfrans, 24 fevral 2016, Bakı.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin IV Milli Konqresi, 27-29 noyabr 2015, Bakı.

- Avropa Kardiologiya Cəmiyyətinin İllik Konqresində bu Cəmiyyətin 54-cü ailə üzvi kimi iştirakı və dördüncü sərgi-stendin təşkili, 28 avqust-01 sentyabr 2015,London.

 -``Hiperlipidemiya`` mövzusunda Elmi Konfrans, 05 may 2015, Bakı.

 -``Hipertrofik kardiomiopatiya`` mövzusunda Elmi Konfrans, 08 aprel 2015, Bakı.

 -``Hipertoniya xəstəliyi`` mövzusunda Elmi Konfrans, 16 mart 2015, Bakı.

 -``Pulmonar Emboliya`` mövzusunda Elmi Konfrans, 25 fevral 2015, Bakı.

 - Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin III Milli Konqresi, 06-07 dekabr 2014, Bakı.

 - ``Exokardioqrafiya Məktəbi`` Kursu, 25-26 oktyabr – 01-02 noyabr 2014, Bakı.

 - Avropa Kardiologiya Cəmiyyətinin İllik Konqresində bu Cəmiyyətin 54-cü ailə üzvi kimi iştirakı və üçüncü sərgi-stendin təşkili, 31 avqust-02 sentyabr 2014,Barselona.

 -``Ürək çatışmazlığı`` Elmi Konfrans,05 iyun 2014, Bakı.

-``Statinlər: son yeniliklər`` Elmi Konfrans, 23 may 2014, Bakı.

-``Stabil stenokardiya: son yeniliklər`` Elmi Konfrans, 24 aprel 2014, Bakı.

-``Səyrici aritmiyanın diaqnostikası və idarə olunması, 2013 ESC rəhbər tövsiyələri`` Elmi Konfrans, 27fevral 2014, Bakı.

-``Aritmiya`` Elmi Konfrans, 29 yanvar 2014, Bakı.

- ``Aritmiologiya`` Kursu, oktyabr-dekabr 2013, Bakı.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin II Milli Konqresi, 28-29 sentyabr 2013, Bakı.

- Avropa Kardiologiya Cəmiyyətinin İllik Konqresində bu Cəmiyyətin 54-cü ailə üzvi kimi iştirakı və ikinci sərgi-stendin təşkili, 31 avqust-04 sentyabr 2013, Amsterdam.

- Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 3-cü Beynəlxalq “Bakı Ürək Günləri” Konqresində Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sessiyası, 17-19 may 2013, Bakı.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin 1-ci Milli Konqresi və eyni vaxtda-məkanda keçirilən Türk Dünyası Kardioloji Birliyinin 8-ci Konqresi, 25-27 noyabr 2012, Bakı.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyəti ilə birlikdə keçirdiyi “Dünya Ürək Günləri” sessiyası, 29 sentyabr 2012,Bakı.

- Avropa Kardiologiya Cəmiyyətinin İllik Konqresində bu Cəmiyyətin 54-cü ailə üzvi kimi iştirakı və birinci sərgi-stendin təşkili, 2012, Münxen, Almaniya.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və Türk Kardiologiya Cəmiyyətinin “Qəfləti Ürək Ölümü” birgə simpoziumu,21-22 iyun, 2012.

- Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyətinin 2-ci Beynəlxalq “Bakı Ürək Günləri” Konqresində Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sessiyası, 13-15 may 2011 ,Bakı.

- Avropa Ürək Cəmiyyətinin zəmanətilə ``Miokardın Revaskularizasiyası`` müzakirə olundu, 19fevral 2011.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi və Pulmonoloqlar Assosiasiyası ilə birgə sessiyası və ``Ağ ciyər Hipertenziyası`` mövzusunda Elmi Konfransın təşkili, 26fevral, 2011.

- ``Davamlı Hipertenziyanın İnvaziv və Farmakoterapevtik Müalicəsi`` Elmi Konfrans, 01mart 2011.

- ``Dünya Ürək Günləri``-ndə Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyəti ilə birgə sessiya “ Mən ürəkdən işləyirəm”, sentyabr 2010.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin  ``Xroniki Ürək Çatışmazlığı`` ikinci sessiya, 21 aprel 2010.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin ``Farmakoterapevtik Xroniki Ürək Çatışmazlığı`` birinci sessiya, 12mart 2010.

- Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi nəzdində həftəlik Exokardioqrafiya Kursu ,13 fevral 2010.

-  Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin Azərbaycan Ürək-Damar Cərrahiyyə Cəmiyyəti ilə birgə toplantısı, 21yanvar 2010.

×