Əsas səhifə Xəbərlər "Hamiləlikdə Hipertenziya"

Xəbərlər

"Hamiləlikdə Hipertenziya"

21-07-2026

"Hamiləlikdə Hipertenziya"

Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupu tərəfindən təşkil olunan növbəti onlayn tədris seminarı 24 iyul 2026-cı il tarixində, saat 20:00-da keçiriləcək.

Seminarın mövzusu "Hamiləlikdə Hipertenziya" olacaq. Təqdimat həkim kardioloq Lalə Babayeva tərəfindən təqdim ediləcək.

Seminar çərçivəsində hamiləlikdə arterial hipertenziyanın klinik xüsusiyyətləri, diaqnostikası, müalicə prinsipləri və müasir idarəetmə yanaşmaları müzakirə olunacaq. Eyni zamanda, risk qrupuna daxil olan hamilələrin qiymətləndirilməsi, ana və döl üçün yarana biləcək ağırlaşmaların profilaktikası, eləcə də gündəlik klinik praktikada rast gəlinən halların idarə olunmasına dair praktik tövsiyələr iştirakçıların diqqətinə çatdırılacaq.

Seminarın əsas məqsədi gənc həkimlərin və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırılması, elmi-praktik təcrübə mübadiləsinin təşviqi və müasir kardiologiyada tətbiq olunan diaqnostik metodlar barədə aktual biliklərin paylaşılmasıdır.

Seminara qoşulma linki tədbir başlamazdan əvvəl Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi informasiya kanalları vasitəsilə paylaşılacaq.

Bütün maraqlanan həkimlər, rezidentlər və tibb ictimaiyyətinin nümayəndələri seminarda iştirak etməyə dəvət olunurla

×