Əsas səhifə Xəbərlər ESC Congress 2023- Amsterdam (xülasə)

Xəbərlər

ESC Congress 2023- Amsterdam (xülasə)

31-08-2023

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyi Avropa Kardiologiya Cəmiyyətinin 25-28 avqust 2023-cü il tarixlərində Amsterdam şəhərində təşkil etdiyi ESC Congress 2023 konqresində bir neçə uğura imza atıb. Belə ki, tədbirin ilk günü, 25.08.2023-cü il tarixdə Avropa Kardiologiya Cəmiyyəti yeni FESC -(Fellow of European Society of Cardiology) təqdim edib.  AKC-nin 15  üzvü - Üzeyir Rəhimov, Abbasəli Abbasəliyev,Tofiq Sadıqov, Ülvi Mirzəyev, Qalib İmanov, Aytən Hacılı, Emin Kərimli, Oqtay Musayev, Cəmil Babayev, Fuad Səmədov, İlqar Tahiroğlu, Rüfət Zeynalov, Şəhanə Ələsgərli, Aysel İslamlı, Rahima Gabulova yeni yaradılmış FESC-nin üzvü olublar.

Konqres çərçivəsində 27.08.2023-cü il tarixdə Azərbaycan Kardiologiya Cəmiyyəti "Get together" layihəsi əsasında kokteyl təşkil edib. Bu görüş  zamanı cəmiyyətimiz bir çox qabaqcıl həkimləri öz stendi ətrafında toplaya bilib. "Get together" layihəsi əsnasında qarşılıqlı fikir mübadilələri aparılıb, səmərəli əməkdaşlıqlar və yeni layihələr müzakirə olunub. Sözü gedən görüşdə European Society of Cardiology-nin bütün rəhbər, aparıcı inzibati heyəti və digər xarici cəmiyyətlərin prezidentləri stendimizi ziyarət edib.

Bunlarla yanaşı  ilk dəfə olaraq ESC Congress 2023-ün son günü 28.08.2023-cü il tarixdə Azərbaycan Kardiologiya Cəmiyyəti Türk Kardiologiya Dərnəyi (TKD) ilə birgə "Ürək çatışmazlığının və Ventrikulyar taxiaritmiyaların Azərbaycan və Türkiyədə menecmenti"nə dair maraqlı və əhatəli sessiya keçirib. Sessiya zamanı Fərid Aliyev, Yasmin Rustəmova və Ulvi Mirzoyev Vedat Aytekin, Bülent Mutlu və Sanem Nalbantgil mövzuya dair təcrübələrini paylaşaraq maraqlı müzakirələr ediblər.

Həmin gün konqres mərkəzinin fərqli zalında cəmiyyətin üzvü Oktay Musayev “TAVİ sonrası ritm və keçirilik pozğunluqları" adlı sessiyada uğurla moderatorluq edib.

Beləliklə, Azərbaycan Kardiologiya Cəmiyyəti ESC Congress 2023 çərçivəsində öz iştirakını müvəffəiyyətlə yekunlaşdırıb. 

×