Əsas səhifə Tədbirlər Master Course in Heart Failure - Bakı 2025
Bakı Marriott Bulvar Otel30.05.2025-01.06.2025
30 may – 1 iyun 2025-ci il tarixlərində Bakı Marriott Bulvar Otelində keçirilmiş “MasterCourse in Heart Failure – Baku 2025” beynəlxalq elmi kursu uğurla yekunlaşıb. Tədbir Azərbaycan Kardiologiya Cəmiyyətinin ev sahibliyi, London Heart House və Zurich Heart House-un təşkilatçılığı ilə baş tutub.
Ürək çatışmazlığı sahəsində ən son elmi yeniliklərə həsr olunmuş bu mötəbər kurs Avropa Ürək Çatışmazlığı Assosiasiyası tərəfindən təsdiqlənib və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən 23 Davamlı Tibb Təhsili (DTT) kredit balı ilə akkreditasiya olunub.
Tədbirə 200-dən çox yerli və xarici kardioloq və tibb mütəxəssisi qatılıb. Kurs çərçivəsində ürək çatışmazlığının diaqnostikası, müalicəsi, cihaz terapiyası, görüntüləmə və rəqəmsal səhiyyə sahəsində ən müasir yanaşmalar təqdim olunub.
Elmi proqramda ABŞ, Böyük Britaniya, İsveçrə, Almaniya, Türkiyə və digər ölkələrdən gəlmiş tanınmış ekspertlər – o cümlədən Prof. Thomas F. Lüscher, Prof. Mandeep Mehra, Prof. Theresa McDonagh və digərləri iştirak ediblər. Onların təqdimatları və panel müzakirələri kursun yüksək elmi səviyyədə keçməsinə töhfə verib.
Bundan əlavə, kurs çərçivəsində “hands-on” və simulyator sessiyaları, o cümlədən sağ ürək kateterizasiyası və transözofageal exokardioqrafiya üzrə praktiki təlimlər də təşkil olunub.
Ritz Carlton Otel 17-19.10.2025
Ritz Carlton Otel 13-15.12.2024
13-15 dekabr 2024-cü il tarixlərində Ritz Carlton Oteldə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizdə və regionda ilk dəfə geniş miqyasda keçirilən, yalnız kardioloqları deyil, həm də daxili xəstəliklər &uum
Yeni Klinika 27-29.06.2024
27-29 iyun 2024-cü il tarixlərində Yeni Klinika tibb müəssiəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə 3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi keçirilib.
Yeni Klinika 04-05.05.2024
4-5 may 2024-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) ev sahibliyi ilə Avropa Preventiv Kardiologiya Assosasiyasının “Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” mövzusunda kursu ke&
Yeni Klinika 27.01.2024
27 yanvar 2024-cü il tarixində Rəqəmsal Kardiologiya və süni intellekt" seminarı keçirilib.
Lankaran Springs oteli 17.12.2022
17 Dekabr 2022-ci il tarixində Azərbaycan Kardiologiya Cəmiyyətinin növbəti regional tooplantısı Lənkəran şəhərində keçirilib.
Fairmont Baku 9-11.12.2022
Azərbaycan Kardiologiya Cəmiyyətinin XI Milli Konqresi 9-11 dekabr tarixlərində baş tutub.
"Khazar Palace" oteli - Lənkəran 11.03.2023
Azərbaycan Kardiologiya Cəmiyyəti 2023-cü il Fəaliyyət Planına əsasən növbəti elmi-praktiki tədbiri Lənkəran regional konfransını 11 Mart tarixində keçirməyi planlaşdır.
Hyatt Regency Baku 15 Fevral 2023
Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupu növbəti toplantısını 15 Fevral 2023-cü il tarixində keçirtdi.