Əsas səhifə Tədbirlər Kardiofest-2024

Kardiofest-2024

Kardiofest-2024

Ritz Carlton Otel13-15.12.2024

13-15 dekabr 2024-cü il tarixlərində Ritz Carlton Oteldə Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə ölkəmizdə və regionda ilk dəfə geniş miqyasda keçirilən, yalnız kardioloqları deyil, həm də daxili xəstəliklər üzrə mütəxəssislərin maraqlarını əhatə edən konqreslər seriyasından ibarət Azərbaycan Kardiologiya Festivalı - Kardiofest 2024 tədbiri keçirilib. Tədbir 12 dekabr 2024-cü il tarixində 6 fərqli mövzularda keçirilən kurslarla start götürüb, 13 dekabrdan başlayaraq geniş elmi proqramla tərtib olunan konqreslərlə davam edib. Belə ki, 13-14 dekabr tarixlərində 13-Milli Kardiologiya Konqresi və 6-cı İnvaziv kardiologiya Konqresi, 15 dekabr tarixində isə 1-ci Pulmonar Hipertenziya Konqresi və 1-ci Kardiometabolik Konqresi baş tutub.

Kardiofest 2024 tədbirində ümumilikdə 18 ölkədən aparıcı mütəxəsislər iştirak edib, 6 ölkənin xəstəxanalarından canlı yayımla nümayiş olunan xəstə müdaxilələri izlənilib, ESC European Heart Journal, ESC EAPCI, EuroCTO Club-la qarşılıqlı sessiyalar təşkil olunub. Azərbaycan Kardiologiya Cəmiyyətinin 15-ci il dönümünə həsr olunan və yeniliklərlə yadda qalan bu tədbirdə Board imtahanı keçirilib. Həmçinnin Kardiofest 2024 tədbri çərçivəsində keçirilən pulmonar hipertenziya və Azərbaycan Endokrinoloqlar cəmiyyəti, Azərbaycan Nefroloqlar Cəmiyyəti, Azərbaycan Daxili Xəstəliklər Dərnəyi və Azərbaycan Pulmonologiya Cəmiyyətləri də tərəfdaşlığı ilə təşkil olunan və ürəyə bağlı daxili xəstəlikləri əhatə edən Kardiometabolik konqresləri də ilk olmaları ilə səciyyələnib.

×