Əsas səhifə Tədbirlər 3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi

3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi

3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi

Yeni Klinika27-29.06.2024

27-29 iyun 2024-cü il tarixlərində Yeni Klinika tibb müəssiəsində Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı ilə 3-cü Ürək Çatışmazlığında Yeniliklər Konqresi keçirilib. 3 gün davam edən tədbirin 1-ci günü üç fərqli mövzularda kurslar verilib. Növbəti günlərdə isə yerli və xarici ölkələrin qabaqcıl mütəxəssislərinin təqdimatında ürək çatışmazlığının idarə olunmasında ən son yeniliklər və tədqiqatlar müzakirə edilib, təcübə mübadiləsi aparılıb. Konqresdə ürək çatışmazlığının müalicəsində ən son tədqiqat nəticələri və innovativ müalicə yanaşmalarının təqdimatı həyata keçirilib, yeni texnologiyaların və terapevtik seçimlərin pasiyentlərin müalicəsinə təsiri haqqında müzakirələr aparılıb. Həmçinin Avropa Kardiologiya Cəmiyyəti və Türkiyə Kardiologiya Cəmiyyətlərinin nümayəndələri ilə qarşılıqlı sessialar təşkil olunub. Konqres çərçivəsində Dr Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş kliniki hal müsabiqəsi keçirilib. Müsabiqədə Dr Gülay Məmmədova “CC-TGA xəstəsində keysəriyyə əməliyyatı sonrası kəskin ürək çatışmazlığı” mövzusunda təqdimatla qalib elan olunub.

×