Əsas səhifə Kardiologiyada yeniliklər
Abdalla Elagha , Waleed Khaled, Sahar Gamal, Mohamed Helmy and Ayman Kaddah
Koronar arteriyaların qapaq cərrahiyyəsindən öncə dəyərləndirilməsi üçün Koronar KT angioqrafiya ilə Koronar angioqrafiyanın müqayisəsi
Xülasə:
Klassik Koronar Angioqrafiya (KAQ) hazırda ürək-qapaq cərrahiyyəsindən öncə koronar arteriyaların qiymətləndirilməsində qızıl standart hesab edilir. KAQ nisbətən təhlükəsiz prosedur olsa da, yenə də invaziv bir müdaxilədir və onun müəyyən risk və ağırlaşmaları mövcuddur. Koronar Komputer Tomoqrafiya Angioqrafiyası (Koronar CT anju/ CCTA) qeyri invaziv bir üsuldur və koronar anatomiyanın qiymətləndirilməsi üçün mükəmməl və cəlbedici bir vasitə kimi sürətlə inkişaf etmişdir. Buna görə də, qapaq əməliyyatından əvvəl koronar arteriyaların qiymətləndirilməsində qızıl standart hesab edilən KAQ ilə müqayisədə CCTA-nın dəqiqliyini qiymətləndirməyi qarşımıza məqsəd qoyduq. Biz Koronar arter xəstəliyinin (KAX) preoperativ qiymətləndirilməsi məqsədilə rutinə uyğun ürək katerizasiyası aparılan 111 ardıcıl ürək-qapaq xəstəsini skrininq etdik. Uyğun hesab edilən 50 xəstə həm KAQ,həm də CCTA müayinələrindən keçdi.Əhəmiyyətli koronar stenoz damar lümeninin diametrində ≥50% azalma olaraq təyin edildi. Əlavə olaraq ektaziyalar, kalsifikasiyalar və konjenital koronar anomaliyalar da təhlil edildi. Həmçinin biz hər 2 texnikanı radiasiya dozası, kontrast maddə həcmi və ağırlaşmalar baxımından müqayisə etdik. Qiymətləndirilə bilməyən seqmentlər (hissələr) bütün analiz mərhələlərindən çıxarıldı. Müxtəlif səbəblərə görə 61 xəstə tədqiqatdan çıxarıldı.
Nəticələr:
Araşdırma qrupundakı 50 xəstədən 27-si (54%) kişi idi.Xəstələrə əsaslanan təhlilə görə əhəmiyyətli Koronar Arteriya Xəstəliyi (KAX) 19,6% xəstədə aşkarlandı və mənfi CCTA nəticəsi olan 80.4% xəstədə KAQ müayinəsindən qaçınmaq olardı. Əhəmiyyətli stenozun aşkarlanmasında CCTA-nın diaqnostik dəqiqliyi seqment əsaslı təhlildə həssaslıq,spesifiklik,müsbət proqnostik dəyər, mənfi proqnostik dəyər və ümumi dəqiqlik baxımından müvafiq olaraq 87.5%,99.6%,87.5%,99.6%,və 99.2%; damar əsaslı təhlildə isə 86%,100%,99%, və 99% ; xəstə əsaslı təhlildə isə 77.8%,100%,100%,94.9% və 95.7% təşkil etdi. CCTA ilə daha az ağırlaşma müşahidə edildi. CCTA əlavə məlumatların (məsələn kalsifikasiyalar və konjenital anomaliyalar) diaqnozunda KAQ-dan üstün oldu.
Yekun :
Yaxşı icra edilmiş CCTA ,əsasən yüksək mənfi proqnostik dəyəri ilə,ateroskleroz riski aşağı olan xəstələrdə koronar arteriya xəstəliyini inkar etmək üçün ideal bir müayinədir.
Açar sözlər:
Koronar arteriya xəstəliyi, CCTA, KAQ, preoperativ koronar qiymətləndirmə.
Tərcümə etdi: Türkan Ağaliyeva