Əsas səhifə Kardiologiyada yeniliklər

Kardiologiyada yeniliklər

Mitral anulyar  dislokasiya (Mitral Annular Disjunction, MAD), sol atrium/mitral qapaq anulusu ilə sol mədəciyin miokardı arasında yaranan ayrılma kimi xarakterizə olunur və aritmiyalı mitral qapaq prolapsı olan xəstələrdə tez-tez müşahidə edilir.

Mitral Qapaq Prolapsı Fonunda Mitral                                                                Anulyar  Ayrılma

Risk altında olan xəstənin müəyyənləşdirilməsi

Pieter Van der Bijl, PhD; Jan Stassen, PhD; Kristina H. Haugaa, PhD; Benjamin Essayagh PhD; Cristina Basso, PhD; Gaetano Thiene,; Francesco F. Faletra, PhD; Thor Edvardsen, PhD; Maurice Enriquez- Sarano, PhD; Petros Nihoyannopoulos; Nina Ajmone Marsan, PhD; Yellapragada S. Chandrashekhar,  PhD; Jeroen J. Bax,PhD

 

Abstrakt:

     Mitral anulyar  dislokasiya (Mitral Annular Disjunction, MAD), sol atrium/mitral qapaq anulusu ilə sol mədəciyin miokardı arasında yaranan ayrılma kimi xarakterizə olunur və aritmiyalı mitral qapaq prolapsı olan xəstələrdə tez-tez müşahidə edilir. Mitral anulyar ayrılma ilə ventrikulyar aritmiyalar arasında əlaqə sübut edilsə də, yüksək riskli fərdlərin  müəyyənləşdirilməsi ilə bağlı məlumatlar kifayət qədər deyil. Multimodal görüntüləmə üsulları, o cümlədən exokardioqrafiya, kompüter tomoqrafiyası, kardiak maqnit-rezonans tomoqrafiyası və pozitron emissiya tomoqrafiyası MAD-in həm diaqnostikasında, həm də risk qruplaşdırılmasında mühüm rol oynaya bilər. Məlumatların azlığı səbəbindən mitral anulyar ayrılma olan xəstələrdə klinik qərarvermə çətindir və əsasən empirik xarakter daşıyır. MAD-in özünün cərrahi yolla korreksiya edilməsi mümkün olsa da, onunla əlaqəli aritmiyaların qarşısının alınması və müalicəsi əlavə olaraq konservativ üsulla, kateter ablasiya və implantasiya olunan kardioverter-defibrillyator (İCD) ilə aparıla bilər. Seçilmiş, yüksək riskli xəstələrdə implantasiya olunan kardioverter-defibrillyatorların, məqsədli kateter ablasiyanın və cərrahi korreksiyanın rolunu müəyyən etmək üçün perspektiv tədqiqatlara ehtiyac vardır.(JACC Cardiovasc Imaging. 2024;17:1229–1245) © 2024 Müəlliflər.  Məqalə Amerika Kardiologiya Kolleci (ACC) adından Elsevier tərəfindən nəşr edilmişdir. Bu məqalə CC BY (Creative Commons – müəllifə istinad şərti ilə açıq giriş) lisenziyası altında yayımlanıb 

 https://pubmed.ncbi.nlm.nih.gov/38703174/

×