30-12-2022
“Azərbaycan Kardiologiya Cəmiyyəti” (AKC)
İdarə Heyətinin İclası
Protokol No 7
Bakı şəhəri “_18 ” oktyabr 2022-ci il
18 oktyabr 2022-ci il tarixdə saat 17:30 –da AKC İdarə Heyətinin iclası keçirildi. İclasda AKC İdarə Heyətinin üzvləri iştirak edirdi.
Sədr: T.ü.f.d. Dr. Üzeyir Rəhimov, AKC-nin Sədri.
Katib: Dr. Cəmil Babayev, AKC-nin Məsul Katibi.
İclasın Gündəliyi:
1.AKC-nin 2016-2017-ci illər üzrə üzvülük haqqını ödəməyən üzvlərin AKC üzvlükləri haqqında son qərarın müzakirəsi.
2.Tərcümə edilib korreksiya edilmiş 10 ESC rəhbər tövsiyyələrinin son dəfə gözdən keçirilməsi və çapa verilməsi məsələsi.
3. AKC-nin 9-11 Dekabr 2022-ci il tarixində kecirəcəyi Milli Konfransın müzakirəsi.
4. Digər məsələlər.
Dinlənildi:
1.AKC İdarə Heyətin iclas gündəliyi haqqında AKC-nin Sədri T.ü.f.d.Dr.Üzeyir Rəhimov məlumat verdi. AKC-nin 2016-2017-ci illər üzrə üzvülük haqqından borclu olan və həmin illər üzrə ödəniş etməyən üzvlərə mövcud vəziyyəti bir daha nəzərə alaraq 01 noyabr 2022-ci il tarixə kimi möhlət verməklə sonuncu xəbərdarlıq kimi etmək və müddət bitdikdən sonra ödəniş etməyən üzvlərin AKC-ESC üzvülüyündən çıxarılması təklif edilərək səsə qoyuldu və qəbul edildi.
2. 2018-2022-ci illər üzrə üzvlük haqqından borclu olan üzvlərə də əlavə olaraq XI Milli Konfransa qədər mövlət verilməsi müzakirə olundu.
3. Tərcümə edilib korreksiya edilmis 10 ESC rəhbər tövsiyyələri müzakirə edildi.
4.AKC-nin 9-11 dekabr 2022-ci il tarixində Bakı şəhərində keçiriləcək XI Milli Konqresin məzmunlu elmi gündəliyinə baxıldı,mövzulara əlavə və dəyişikliklər edildi.
5.XI Milli konfransda xarici ölkələrin həkimlərinində iştirakı və çıxış ediləcək mövzuları müzakirə edildi.
6.Konfransda xarici nümayəndələrin çıxışlarının dili müzakirə edildi və ingilis dili olaraq qəbul olundu.
7. XI Milli Konfransın vaxt məhdudiyyətini nəzərə alaraq Çıxışçılar üçün Timer qoyulması müzakirə olundu.
Çıxışlar:
İclasın gündəliyində qoyulmuş məsələlər ətrafında geniş müzakirələr aparıldı və təkliflər verildi.
Qərara alındı:
1. AKC-nin 2016-2017-ci illər üzrə üzvülük haqqını ödəməyən üzvlər üçün son möhlət tarixi 1 noyabr 2022-ci il tarixi müəyyən olunması və ödənişini tamamlamayan üzvlərin AKC-ESC üzvülüyündən çıxarılması qərara alındı.
2. Digər illərdə(2018-2022) üzvlük haqqını ödəməyənlər üçün isə XI Milli Konfrans tarixinə qədər ödənilməsi üçün möhlət verilməsi qərara alındı.
3. 9-11 dekabr tarixində keçiriləcək Milli konfransda ortaq oturumlarda Slaydların ingilis dilində olması qərara alındı.
4.Rusiyadan Konfransa təşrif buyuran qonaqların ingilis dilində çıxış etməsi qərara alındı.
5. 9-11 dekabr tarixində keçiriləcək konfransda çıxış vaxtını göstərən Timer-in yerləşdirilməsi qərara alındı.