15-08-2025
24–26 oktyabr 2025-ci il tarixlərində Courtyard by Marriott Hotel, Bakıda “Tip 2 Diabetdə Kardiometabolik Fəsadlar – 3” adlı beynəlxalq simpozium təşkil olunacaq. Tədbir çərçivəsində diabetin diaqnostikası, müalicəsi, kardiometabolik risklərin idarə olunması, yeni texnologiyaların tətbiqi və endokrinoloji yeniliklər mövzularında yerli və xarici mütəxəssislərin təqdimatları keçiriləcək.
Simpoziumda Dr. Mustafa Araz, Dr. Ülvi Mirzoyev, Dr. Adnan Gökçel, Dr. Yasmin Rüstəmova və digər tanınmış mütəxəssislər məruzələrlə çıxış edəcəklər. Proqramda həmçinin klinik hal təqdimatları və interaktiv müzakirələr də yer alacaq.
Elmi Proqram – Yüklə və bax
Sponsorluq Faylı – Yüklə və bax
Bu simpozium kardiologiya, endokrinologiya və ümumi tibbi sahələrdə çalışan mütəxəssislər üçün bilik və təcrübə mübadiləsi baxımından mühüm platforma olacaq.