30-12-2022
“Azərbaycan Kardiologiya Cəmiyyəti” (AKC)
İdarə Heyətinin İclası
Protokol No 9
Bakı şəhəri “23 ” dekabr 2022-ci il
23 dekabr 2022-ci il tarixdə saat 17:30 –da AKC İdarə Heyətinin iclası keçirildi. İclasda AKC İdarə Heyətinin üzvləri iştirak edirdi.
Sədr: T.ü.f.d. Dr. Üzeyir Rəhimov, AKC-nin Sədri.
Katib: Dr. Cəmil Babayev, AKC-nin Məsul Katibi.
İclasın Gündəliyi:
1. AKC Fəaliyyət Planını əsasən 2023-cü il tədbirlərinin ümumi müzakirəsi
2. AKC-dən üzvlükdən çıxarılan şəxslərin geri üzvlüyə qəbul məsələsinə baxılması
3. AKC-nin bütün illər üzrə üzvülük haqqını ödəməyən üzvlərin AKC üzvlükləri haqqında son qərarın müzakirəsi
4. AKC-nin 2022-ci il üçün (yanvar-noyabr ) maliyyə hesabatının dinlənilməsi
4.Digər məsələlələr (AKC-yə daimi bir ofisin alınması məsələsi və s.)
Dinlənildi:
1. AKC İdarə Heyətin iclas gündəliyi haqqında AKC-nin Sədri T.ü.f.d.Dr. Üzeyir Rəhimov məlumat verdi.
2. Növbəti il üçün Toplantı planı gözdən keçirildi və tədbirlərin sayı və yeri haqqında ətraflı müzakirələr aparıldı.
3.Üzvlükdən xaric olunan həkimlərin geri qayıdış məsələsi müzakirə olundu və məsələ ilə bağlı ciddi addımlar atılmasının gərəkli olduğu vurğulandı.
4. 2022-ci ilin sonuna qədər üzvlük ödənişi borcu olanların AKC üzvlüyündən çıxarılması ilə bağlı fikir mübadiləsi aparıldı və dəfələrlə möhlət verildiyi halda ödəniş etməyən AKC üzvlərinin üzvlüyünə xitam verilməsi qərara alındı.
5. Növbəti ilə AKC-yə daimi bir ofis alınması məsələsi müzakirə edildi.
6. AKC Baş mühasibinin 2022-ci il yanvar-noyabr ayları üçün AKC maliyyə hesabatı dinlənildi
Çıxışlar:
İclasın gündəliyində qoyulmuş məsələlər ətrafında geniş müzakirələr aparıldı və təkliflər verildi.
Qərara alındı:
1. 2023-cü ildə 5 Regional toplantının keçirilməsi qərara alındı.
2. Növbəti il ərzində 7 konfransın ( 1 və 2 günlük ) keçirilməsi qərara alındı.
3. AKC üzvlüyündən çıxarılmış şəxslərin yenidən AKC üzvlüyünə bərpasına 2 illiyə məhdudiyyət qoyulması qərara alındı.
4. 2022-ci ilin sonuna qədər AKC üzvlük ödənişi ilə bağlı borcu olanların üzvlükdən çıxarılmasına qərar verildi.