Əsas səhifə Xəbərlər Avropa Kardiologiya Cəmiyyətinin 2023 - cü il Konqresi

Xəbərlər

Avropa Kardiologiya Cəmiyyətinin 2023 - cü il Konqresi

24-01-2023

Dəyərli üzvlər !

Diqqətinizə çatdırırıq ki, 25-29 avqust tarixlərində Amsterdam şəhərində düzənlənəcək olan Avropa Kardiologiya Cəmiyyəti 46-cı konqresində Azərbaycan Kardiologiya Cəmiyyətinin 25 gənc üzvünə ( 40 yaş altı ) qeydiyyat ödənişi alınmadan iştirakına şərait yaratmışdır. Bu toplantıda iştirak etmək Siz gənc kardioloqların üfqünü genişlədəcəyi kimi, cəmiyyətimizin konqresdə böyük sayıda iştirakı AKC ESC əlaqələrini daha da gücləndirəcəkdir. Farmosevtik kompaniyalar və tibbi sənaye firmaları sizlərin sponsorluqlarını qarşılamaları barədə məlumatlandırılmış və dəstəkləri istənilmişdir. Bu eyni zamanda dərman firmaları üçün 900 avrodan çox vəsaitə qənaət deməkdir. Kompaniyalarla görüşməyiniz və bu konqresdə iştirak üçün dəstəkləri  üçün müraciət edə bilərsiniz. 25 nəfərlik siyahını ESC-yə bildirməyimiz üçün hərəkətə keçib nəticələri AKC ofisinə bildirməyiniz xahiş olunur.

×