Əsas səhifə Xəbərlər Azərbaycan Kardiologiya Cəmiyyətindən yeni offislə bağlı qərar

Xəbərlər

Azərbaycan Kardiologiya Cəmiyyətindən yeni offislə bağlı qərar

29-05-2023

Dəyərli üzvlərimiz!

Fəaliyyətə başladığımız 2009-cu ildən bəri əsas hədəfimiz Azərbaycanda kardiologiyanın inkişaf səviyyəsini daha yüksəyə qaldırmaq olub. Bu məqsədə çatmaqda nəinki təşkilati işlərdə fəallıq göstərən, həm də elmi tədbirlərdə fəal iştirak etməklə dəstək olan hər bir Cəmiyyət üzvünün rolu danılmazdır. Fəaliyyətimizin inkişafına verdiyi dəstəyə görə dərman və tibb sənayesi şirkətlərinin rolunu xüsusi vurğulamaq istərdik. Hər birinizə bu işdə göstərdiyiniz səylərə görə minnətdarıq! Amma onu da etiraf etməliyik ki, hər bir quruluşun fəal qüvvəsinin qaynağı onun inzibati mərkəzi-ofisidir. Belə ki, Azərbaycan Kardiologiya Cəmiyyəti fəaliyyətə başladığı müddətdən əsas problemlərindən biri sabit ofis məkanının olmaması idi. Bu da bir sıra işlərimizdə maneələr yaradırdı. Xəbər verməyə şadıq ki, yuxarıda qeyd olunanı nəzərə alaraq bu il İdarə Heyəti tərəfindən yeni ofisin alınması qərarı verilmişdir.Yeni ofis məkanının sahəsi kiçik elmi toplantıların və kursların keçirilməsi imkanı da yaradır.

Ümidvarıq ki, hər birinizin dəstəyi ilə ərsəyə gələn bu uğur Cəmiyyətimizin davamlı inkişafını təmin edəcəkdir! Ətraflı

Hörmətlə,

İDARƏ HEYƏTİ

×