Əsas səhifə Xəbərlər Board İmtahanı

Xəbərlər

Board İmtahanı

13-11-2024

Azərbaycan Kardiologiya Cəmiyyətinin XIII Milli Kardiologiya Kongresi çərçivəsində 14.12.2024- cü il tarixində ilk dəfə olaraq Board imtahanı keçiriləcəkdir. İmtahanda kardiologiya mütəxəsisləri və kardiologiya üzrə rezidenturanın sonuncu kursunda təhsil alan həkimlər iştirak edə bilər. İmtahan sualları Avropa Kardiologiya Cəmiyyətinin rəhbər tövsiyyələrinə əsaslanaraq orta dərəcə ağırlıqda tərtib edilmişdir. İmtahan 100 test tipli sualdan ibarətdir. İmtahandan keçmək üçün 60 sualı doğru cavablandırmaq lazımdır.

Board imtahanını keçmək sizə, öz bilik və bacarıqlarınızı sınamaqla yanaşı, peşəkar fəaliyyətinizi digər ölkələrdə davam etdirmək üçün üstünlük qazandıracaqdır. Həmçinin gələcəkdə AKC strukturunda yeni fəaliiyətə başlamaq niyyətində olan həkimlər üçün Board sertifikatı mütləq şərtlərdən biri olacaqdır.

İmtahana qeydiyyat olmaq üçün 050 207-09-45 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz

×