24-10-2023
Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkil etdiyi XII Mİlli Kardiologiya Konqresi çərçivəsində 24 noyabr 2023-cü il tarixində Bakı Sağlamlıq Mərkəzində "Cardiovascular Magnetic Resonance (CMR) Course" mövzusunda yerli və xarici məruzəçilərin iştirakı ilə kurs keçiriləcəkdir. Kursda iştirak ödənişlidir. İştirak haqqı AKC üzvləri üçün 100 AZN, qeyri-üzvlər və xaricdən gələn qonaqlar üçün isə 200 AZN təşkil edir. Kursa Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilən DTT kredit balı yaxın günlərdə açıqlanacaq.
Kursun tədris dili ingliscə olsa da, Azərbaycan dilinə sinxron tərcümə olunacaqdır.
Qeydiyyat üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz. +994 55 885 23 01; +994 99 885 23 07