31-07-2023
Avropa Kardiologiya Cəmiyyətinin və Avropa Profilaktik Kardiologiya Assosiasıyasının CHD SURF tədqiqatının Azərbaycan üzrə nəticələri beynəlxalq kardiologiya jurnalında dərc edilmişdir. Tədqiqat klinik audit olaraq ürəyin təsdiq olunmuş aterosklerotik xəstəlyi olan xəstələrdə ürək-damar xəstəliklərinin əsas risk amillərinə nəzarət olunmasını və beləliklə də beynəlxalq tövsiyələrdə müəyyən olunmuş hədəflərə nə qədər əməl olunduğunu açıqlayır. Tədqiqat indiyə qədər dünyanın 30-a yaxın ölkəsində aparılmış və nəticələrin o qədər də ürəkaçan olmadığını nümayiş etdirmişdir. Bu tədqiqat Azərbaycan Kardiologiya Cəmiyyətinin Kardioprofilaktika və Reabilitasiya işçi qrupunun təşəbbüsü ilə Azərbaycanın bir neçə bölgəsində və Bakı şəhərindəki kardioloji profilli şöbələrə 2019-2021 ci illərdə müraciət etmiş xəstələr arasında aparılmışdır. Tədqiqatın nəticələri ÜİX dən əziyyət çəkən xəstələr arasında artıq çəki, tütünçəkmə, arterial hipertenziya, şəkərli diabet, hiperlipidemiya kimi risk amillərinin səviyyəsinin yüksək olması beynəlxalq tövsiyələrdə göstərilən hədəflərə istənilən dərəcədə nəzarətin olmadığını göstərmişdir. Bu, səhiyyə orqanlarından ÜDX-nin ikincili profilaktikasına diqqətin artırılmasını, beləliklə də ölüm, təkrari hospitalizasiya, əlilliyin və nəticə etibarilə səhiyyə xərclərinin azaldılmasına öz tövhəsini verəcəkdir.
SURF klinik audit tədqiqatı Niderlandın Utrext universiteti və İrlandiyanın Trinity College Dublin tərəfindən hazırlanmış protokola əsasən aparılıb.
Beynəlxalq tədqiqatda Azərbaycanın tanınmış kardioloq mütəxəssisləri ilə yanaşı gənc həkimlər də iştirak etmişlər.