Əsas səhifə Xəbərlər Dr. Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş " Kliniki Hal" müsabiqəsi

Xəbərlər

Dr. Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş " Kliniki Hal" müsabiqəsi

15-05-2023

Azərbaycan Kardiologiya Cəmiyyəti İB 9-11 iyun 2023-cü il tarixlərində keçiriləcək beynəlxalq "Ürək Çatışmazlığında yeniliklər" konqresində mərhum Dr. Gülməmməd Hacıyevin xatirəsinə həsr olunmuş " Kliniki Hal" müsabiqəsində təqdimatların qəbulunu açıq elan edir.Təqdimatların qəbul qaydaları aşağıdakı kimidir:

Kliniki hal dəyərləndirən komitə tərəfindən qəbul olunmuş kliniki hal təqdimi iki şəkildə qəbul ediləcəkdir: sözlü təqdimat və ya poster şəklində.
Kliniki hallar sadəcə ürək çatışmazlığına aid olmalı olub, işemik ÜÇ, dilatasion ÜÇ və ürək çatışmazlığına səbəb olan bütün  nadir görülən xəstəlikləri  də əhatə edə bilər (sarkaidoz, amiloidoz, süngərəbənzər ürək, hypereosinophilic sindrom və s.)
klinikihal@gmail.com / ayselislamli29@gmail.com  mail adresinə təqdim olunacaqdır.        
Format Microsoft Office Word və PDF formatında, videolar MP4 formatında və şəkillər jpg, jpeg, png formatında yüklənməlidir.
Kliniki hal – başlıq seçimi kliniki halın tam məğzini əhatə etməlidir.
Yazıçı sayı və sıralamasına diqqət edilməlidir və kongresdə kliniki halı təqdim edəcək məsləkdaşımızın adı- soyadı alt çizgi qoyularaq bildirilməlidir.
Kliniki hal hansı xəstəxanadan təqdim olunursa, qurumun adı qeyd olunmalıdır.
Açar sözlər bildirilməlidir
Kliniki hal təqdimatı ən çox 700 yazı xarakter sayı ilə məhdudlaşdırılmalıdır.
Kliniki hal təqdimatında – giriş, təqdimatın məqsəd və ana xətt, kliniki hal və müzakirə hissələrindən ibarət olacaqdır.
Təqdimat zamanı xəstənizin bilgilərini təqdim edərkən anonimliyə diqqət etmək lazımdır.
Göndərilən bütün təqdimatlar Azərbaycan Kardiologiya jurnalında dərc ediləcəkdir. 
Xatırladaq ki, müsabiqəyə təqdimatlaqın qəbulu 3 iyun 2023-cü il tarixində bitəcəkdir.

×