24-01-2025
Hörmətli üzvlər, 29 avqust -02 sentyabr 2025-ci il tarixlərində Madrid şəhərində "ESC Congress 2025" tədbiri keçiriləcəkdir. Avropa Kardiologiya Cəmiyyəti yaşı 40-a qədər olan 25 nəfər AKC üzvünün kongresə ödənişsiz qeydiyyat olunmasına imkan yaradır. Tədbirdə iştirak etmək istəyən, inglis dili biliyi yüksək olan, kongresin elmi töhvələrindən faydalanmaq istəyən AKC üzvlərindən aşağıda yerləşdirilmiş linkə keçid edərək formanı doldurmaları tələb olunur. Növbəti mərhələdə şərtlərə cavab verən və AKC İdarə Heyətinin də təsdiq etdiyi ilk 25 nəfərlə əlaqə saxlanılacaq.