Əsas səhifə Xəbərlər ESC Congress 2023

Xəbərlər

ESC Congress 2023

26-05-2023

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin 25-28 avqust 2023-cü il tarixlərdə Amsterdam şəhərində keçiriləcək ESC Congress 2023 beynəlxalq konqresində Türk Kardioloji Dərnəyi ilə birgə sessiya keçirmək üçün etdiyi ikitərəfli müraciəti uğurla nəticələnmişdir. Belə ki, sessiyanın keçirilməsi ESC tərəfindən təsdiq olunmuş və14:30-15:30, 28 avqust 2023-cü il tarixinə təyin olunmuşdur. AKC-nin bu tədbirdə ilk dəfə olaraq keçirəcəyi sessiyanı izləməyə hər birinizi dəvət edirik (sessiyanın online yayımı da nəzərdə tutulur). Əlavə olaraq qeyd etmək istərdik ki, 25 gənc kardioloqlarımızın ESC-nin 40 yaşa qədər olan gənc kardioloqlara tanıdığı ödənişsiz qeydiyyatdan yararlanaraq iştirakı da nəzərdə tutulur

×