02-11-2023
Hörmətli üzvlər, AKC 24-26 noyabr 2023-cü il tarixlərində Fairmont Baku otelində təşkil etdiyi XII Milli Kardiologiya Konqresi çərçivəsində 25 noyabr 2023-cü il saat 10:00dan - 17:00-a qədər AKC Nizamnaməsinin 6.4 və 6.11 bəndlərinə əsasən növbəti iki il üçün (2024-2025) AKC İdarə Heyətinin üzvlərinin seçkisini keçirəcəkdir. Hər birinizin burada təqdim olunan namizədlərin siyahısından 12 nəfər İdarə Heyəti namizədinə səs vermə hüququ var. Cəmiyyətimizin bütün üzvlərini konqresdə və səsvermədə aktiv iştirak etməyə çağırırııq.