Əsas səhifə Xəbərlər İVUS, Rotablator, FFR, Atrial Septostomiya Kursları

Xəbərlər

İVUS, Rotablator, FFR, Atrial Septostomiya Kursları

15-11-2024

Azərbaycan Kardiologiya Cəmiyyəti Kardiofest tədbiri çərçivəsində 12.12.2024-cü il tarixində 4 fərqli mövzuda kurs keçirəcəkdir.

1. Atrial septostomiya kursu Dr. Fərid Əliyevin direktorluğu ilə Bakı Sağlamlıq mərkəzində saat 10:00-13:00;

2. Rotablator: Rotasiyalı aterektomiya kursu Dr.Üzeyir Rəhimovun direktorluğu ilə Universal Hospitalda saat 10:00-13:00;

3. FFR (Fraksiyalı axın rezervi) kursu Dr. Ülvi Mirzoyevin direktorluğu ilə FHN Tibb Mərkəzində saat 14:00-18:00;

4. İVUS (Damardaxili ultrasəs) kursu Dr. Məhərrəm Nəsifov və Dr. Pərviz Cəfərovun direktorluğu ilə Liv Bona Dea Hospitalda saat 14:00-18:00 radələrində keçiriləcəkdir.

Kurslarda iştirak AKC üzvlərinə ödənişsizdir. İştirakçı sayı limitlidir.

Qeydiyyat üçün 050 207 09 45 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

×