Əsas səhifə Xəbərlər ""Kardiak KT kime ve ne zaman ? Discordant aort (nativ ve protez) qapaq parametrlerinde yeni paradigmalar"

Xəbərlər

""Kardiak KT kime ve ne zaman ? Discordant aort (nativ ve protez) qapaq parametrlerinde yeni paradigmalar"

14-07-2026

"Kardiak KT kime ve ne zaman ? Discordant aort (nativ ve protez) qapaq parametrlerinde yeni paradigmalar"

Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupu tərəfindən təşkil olunan növbəti onlayn tədris seminarı 16 iyul 2026-cı il tarixində, saat 20:00-da keçiriləcək.

Seminarın mövzusu "Kardiak KT kime ve ne zaman ? Discordant aort (nativ ve protez) qapaq parametrlerinde yeni paradigmalar" olacaq. Təqdimat həkim kardioloq Ləman Eyvazlı tərəfindən təqdim ediləcək.

Seminar çərçivəsində kardiak kompüter tomoqrafiyasının (KT) klinik praktikada istifadə sahələri, müayinənin göstərişləri, düzgün pasiyent seçimi, diaqnostik imkanları və müasir kardioloji yanaşmalardakı rolu müzakirə olunacaq. Həmçinin, gündəlik praktikada rast gəlinən aktual klinik hallar və müayinə nəticələrinin interpretasiyası ilə bağlı praktiki yanaşmalar iştirakçıların diqqətinə çatdırılacaq.

Seminarın əsas məqsədi gənc həkimlərin və rezidentlərin peşəkar bilik və bacarıqlarının artırılması, elmi-praktik təcrübə mübadiləsinin təşviqi və müasir kardiologiyada tətbiq olunan diaqnostik metodlar barədə aktual biliklərin paylaşılmasıdır.

Seminara qoşulma linki tədbir başlamazdan əvvəl Azərbaycan Kardiologiya Cəmiyyətinin rəsmi informasiya kanalları vasitəsilə paylaşılacaq.

Bütün maraqlanan həkimlər, rezidentlər və tibb ictimaiyyətinin nümayəndələri seminarda iştirak etməyə dəvət olunurla

 

×