Əsas səhifə Xəbərlər Kardiofest

Xəbərlər

Kardiofest

19-09-2024

Azərbaycan Kardiologiya Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Nefrologiya Cəmiyyəti, Azərbaycan Endokrinoloqlar Cəmiyyəti və Azərbaycan Daxili Xəstəliklər Dərnəyinin tərəfdaşlığı ilə 13-15 dekabr 2024-cü il tarixlərində Ritz Carlton Oteldə 4 konqresi (13-cü Milli Kardiologiya Konqresi, 6-cı Azərbaycan İnvaziv Kardiologiya Konqresi, 1-ci Pulmonar Hipertenziya Konqresi, 1-ci Kardio-metabolik Konqresi) özündə birləşdirən Azərbaycan Kardilogiya Festivalı keçiriləcəkdir. Kardiofestivala qeydiyyat şərtləri aşağıdakı kimidir.
-Göstərilən cəmiyyyətlərin hər hansı birinin üzvü olan həkimlər üçün iştirak haqqı 6-cı Azərbaycan İnvaziv Kardiologiya Konqresi 354 AZN olmaqla digər konqreslər ödənişsiz,
-Göstərilən cəmiyyətlərdən hər hansı birinə üzv olmayan həkimlər üçün isə iştirak haqqı 6-cı Azərbaycan İnvaziv Kardiologiya Konqresi 354 AZN olmaqla digər konqreslər hər biri 71 AZN-dir,
-Hər konqresə ayrılıqda qeydiyyat mümkündür.
13-cü Milli Kardiologiya Konqresi, 1-ci Pulmonar Hipertenziya Konqresi, 1-ci Kardio-metabolik Konqresinə qeydiyyat üçün aşağıdakı linkə keçid edərək formanı doldura bilərsiniz. https://docs.google.com/forms/d/e/1FAIpQLSdjOfSfPhfwyuQ07lciZ1LaU6lIer05iBIebdveFajnf8VX0A/viewform?usp=sf_link
6cı İnvaziv Kardiologiya Konqresinə qeydiyyat üçün 050 207 09 45 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

×