Əsas səhifə Xəbərlər Milli tədqiqatlar sessiyası

Xəbərlər

Milli tədqiqatlar sessiyası

07-11-2024

Azərbaycan Kardiologiya Cəmiyyətinin Kardiofest tədbiri  çərçivəsində 13-14 dekabr 2024-cü il tarixində keçiriləcək 13-cü  Milli Kardiologiya Konqresinin elmi proqramının ənənəvi tərkib hissəsi olan Milli Tədqiqatlar sessiyasına tezis qəbulu elan olunur. Ən yaxşı 5 tezis xüsüsi sessiyada şifahi məruzə olunacaq. Tezisləri, mövzu yerində "Tezis" sözünü qeyd etməklə, congress@akc.az mail ünvanına 5 dekabr 2024-cü ilə qədər göndərə bilərsiniz. Elektron poçt ünvanına göndərilməyən tezislər nəzərə alınmayacaq və elmi komitə tərəfindən resenziya olunmayacaq.

Tezislər verilmiş formaya əsasən hazırlanmalıdır.

Simvolların məsləhət görülən ölçüləri: "Times New Roman", 12.

Tezislərin maksimal həcmi - 300 söz.

Başlıq böyük hərflərlə qısaldılmamış şəkildə yazılmalıdır. Növbəti sətirdə müəlliflərin ad və soyadları yazılır. Tezislər "İşin məqsədi", "Material və metodlar", "Nəticələr" və "Yekun" ardıcıllığından ibarət olmalıdır.

İşin adı və tədqiqatın məqdsədi mümkün qədər qısa yazılmalıdır. Tezislərdə cədvəl, qrafik və şəkil yerləşdirilməsinə icazə verilmir.

Seçilmiş 5 ən yaxşı tezis Azərbaycan Kardiologiya Jurnalının növbəti sayında dərc olunacaq.

 

×