Əsas səhifə Xəbərlər Müsabiqə! - "Hədəf 130/80"

Xəbərlər

Müsabiqə! - "Hədəf 130/80"

18-05-2024

Azərbaycan Kardiologiya Cəmiyyəti və Servye Azərbaycan şirkətinin birgə təşəbbüsü ilə "Hədəf 130/80" layihəsi çərçivəsində uşaqlar arasında "Arterial hipertoniya ilə mübarizəyə həsr olunmuş ən yaxşı rəsm əsəri" müsabiqəsi elan olunur.

Seçilmiş ən yaxşı rəsm əsəri Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən poster olaraq hazırlanıb respublikanın bütün tibb mərkəzlərində nümayiş olunacaq.

Rəsmlərinizi 28.05.2024-cü il tarixinə qədər nazrin.abbasli@servier.com mail ünvanına göndərə bilərsiniz.

Qaliblər 01.06.2024-cü il tarixində AKC və Servye Azərbaycan şirkətinin sosial səhifələrində elan olunacaq.

×