Əsas səhifə Xəbərlər Preventiv kardiologiya üzrə kurs

Xəbərlər

Preventiv kardiologiya üzrə kurs

27-03-2024

Avropa Preventiv Kardiologiya Assosasiyasının 4-5 may 2024-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin ev sahibliyi ilə ilk dəfə Bakıda təşkil etdiyi "Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası" adlı kurs keçiriləcəkdir. Avropanın müvafiq sahədə ixtisaslaşmış ekspertləri tərəfindən tədris olunan kursda ürək-damar xəstəliklərinin birincili və ikincili profilaktikasının əsas müddəaları, piylənmə, tütünçəkmə, arterial hipertenziya, dislipidemiya, şəkərli diabet və s. bu kimi risk amillərinin idarə olunması, kardioreabilitasiyada fiziki aktivlik və qidalanma proqramlarının tərtibi üzrə ən yeni təlimatlar və yeniliklər işıqlandırılacaqdır. Tədris ana dilimizə sinxron tərcümə olunacaq. Kurs iştirakçılarına Avropa Preventiv Kardiologiya Assosasiyasının beynəlxalq və AKC İB-nin serifikatı təqdim olunacaq. Nəzərinizə çatdırırıq ki, kursda iştirak haqqı 1 aprel 2024-cü il tarixinədək qeydiyyatdan keçən üzvlər üçün 236 AZN, qeyri-üzvlər üçün isə 295 AZN-dir.

Kursda iştirakla bağlı 1 aprel 2024-cü il tarixindən sonra qeydiyyatdan keçən üzvlər üçün iştiratk haqqı 295 AZN, qeyri üzvlər üçün isə 354 AZN təşkil edir.

×