Əsas səhifə Xəbərlər SURF CHD AZERBAIJAN

Xəbərlər

SURF CHD AZERBAIJAN

22-12-2022

ESC-nin (European Society of Cardiology) bütün üzv ölkələr arasında keçirdiyi və Azərbaycan üzrə AKC-nin qatıldığı SURF CHD (Survey of Risk Factors in Coronary Heart Desease) AZERBAIJAN çalışması uğurla yekunlaşmışdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bu beynəlxalq tədqiqat Bakı, Gəncə və Xaçmaz şəhərlərinin aşağıda adları sadalanan xəstəxana və klinikalarında keçirilmişdir:
- ATU Tədris Terapevtik Klinikası, ETKİ, Baku Medical Plaza, Mərkəzi Klinika, ATU Tədris Cərahiyyə Klinikası, Bakı Sağlamlıq Mərkəzi, A.Səhhət adına Gəncə şəhər Birləşmiş Xəstəxanası, ER Medical Klinikası (Xaçmaz). Tədqiqatda Azərbaycandan Rəhimə Qabulova, Məhluqə İsayeva, Üzeyir Rəhimov, Sona Qəhrəmanova, Şahanə Ələsgərli, Firdovsi İbrahimov, Fərid Əliyev, Qalib İmanov, Afaq Musayeva, Rəhmanə Rəsulova, Nailə Zərbəliyeva və Rəşad Abasov kimi kardioloqlarımız iştirak etmişdilər. Araşdırmanın  nəticəsi  tezis olaraq 13.04.23-15.04.23-cü il tarixlərdə Avropa Preventiv Kardiologiya Assosiyasiyasının İspaniyanın Malaqa şəhərində keçirəcəyi "ESC Preventiv Kardiologiya 2023" konqresində təqdimat üçün qəbul olunmuşdur. Tədqiqatın nəticələri t.e.n.Rəhimə Qabulova tərəfindən məruzə ediləcək. Konqresdən sonra tezislər "Avropa Preventiv Kardiologiya"Jurnalının online tezis əlavəsində dərc olunacaq və kardiologiya bilik mərkəzi olan ESC365-də mövcüd olacaq.

×
a