Əsas səhifə Xəbərlər Tezis

Xəbərlər

Tezis

24-10-2023

 

Azərbaycan Kardiologiya Cəmiyyətinin 24-26 noyabr 2023-cü il tarixlərində Fairmont oteldə təşkil etdiyi XII Milli Kardiologiya Konqresi çərçivəsində keçiriləcək Milli Tədqiqatlar sessiyasına tezislərin qəbulu elan olunur. Ən yaxşı 5 tezis xüsüsi sessiyada şifahi məruzə olunacaq. Tezisləri, mövzu yerində "Tezis" sözünü qeyd etməklə, congress@akc.az mail ünvanına 20 Noyabr 2023-cü ilə qədər göndərə bilərsiniz. Elektron poçt ünvanına göndərilməyən tezislər nəzərə alınmayacaq və elmi komitə tərəfində resenziya olunmayacaq.

Tezislər verilmiş formaya əsasən hazırlanmalıdır.

Simvolların məsləhət görülən ölçüləri: "Times New Roman", 12.

Tezislərin maksimal həcmi - 300 söz.

Başlıq böyük hərflərlə qısaldılmamış şəkildə yazılmalıdır. Növbəti sətirdə müəlliflərin ad və soyadları yazılır. Tezislər "İşin məqsədi", "Material və metodlar", "Nəticələr" və "Yekun" ardıcıllığından ibarət olmalıdır.

İşin adı və tədqiqatın məqdsədi mümkün qədər qısa yazılmalıdır. Tezislərdə cədvəl, qrafik və şəkil yerləşdirilməsinə icazə verilmir.

×