01-07-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupu tərəfindən təşkil olunan növbəti onlayn tədris seminarı 03 iyul 2026-cı il tarixində keçiriləcək.
Seminarın mövzusu “Ürəyə verilən ikinci şans:Protez qapaqların müasir idarə olunması” olacaq. Təqdimat Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupunun üzvü Türkan Ağaliyeva tərəfindən aparılacaq.
Tədbir çərçivəsində protez qapaqların müasir diaqnostik və müalicə prinsipləri, klinik yanaşmalar, eləcə də gündəlik praktikada rast gəlinən aktual məsələlər müzakirə ediləcək. Seminarın əsas məqsədi gənc həkimlərin və rezidentlərin peşəkar biliklərinin artırılmasına, elmi-praktik təcrübə mübadiləsinin təşviqinə və müasir kardioloji yanaşmaların paylaşılmasına töhfə verməkdir.
Qoşulma linki seminar başlamazdan əvvəl Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən rəsmi informasiya kanalları vasitəsilə paylaşılacaq.Bütün maraqlanan həkimlər, rezidentlər və tibb ictimaiyyətinin nümayəndələri seminarda iştirak etməyə dəvət olunur.