Əsas səhifə Xəbərlər XII Milli kardiologiya Konqresinin xülasəsi

Xəbərlər

XII Milli kardiologiya Konqresinin xülasəsi

28-11-2023

Azərbaycan Kardiologiya Cəmiyyəti 24-26 noyabr 2023-cü il tarixlərində cari ilin fəaliyyət planının yekunu olan XII Milli Kardiologiya Konqresini keçirdi.

Nəzərdə tutulduğu kimi tədbirin ilk günü Bakı Sağlamlıq Mərkəzində yerli və xarici mütəxəssislərin təqdimatında CMR kursu tədris olundu.

Növbəti gün Fairmont otelində qabaqcıl kardioloqların moderatorluğu altında çıxışlar dinlənildi. Açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədr mavini, millət vəkili Rəşad Mahmudov, TƏBİB-in Tibbi təhsil və protokolların tətbiqi şöbəsinin müdiri Kəmalə Ağayeva, YAP -nın və AKC idarə heyətinin üzvü Tofiq Cahangirov eləcə də başqaları çıxışlarında cəmiyyətin təşkil etdiyi elmi tədbirlərin əhəmiyyətini vurğulayıb, bundan sonrakı fəaliyyətinə dair xoş arzularını bildirdilər. Həmçinin konqres çərçivəsində Faiq Quliyev, Farid Aliyev, Rahima Gabulova, Mice Baku şirkəti və AKC-nin əməkdaşı Nisa Akberova cəmiyyətin fəaliyyətində müxtəlif xidmətlərinə görə, daha sonra bronze sponsor olaraq Nobel firmasına, silver sponsor olaraq Gen İlac firmasına, qold sponsor olaraq Abdi İbrahim firmasına, platinum sponsor olaraq isə Servier firmasına verdikləri dəstəyə görə təşəkkürnamələr təqdim olundu. Sonda gənc kardioloqların və idarə heyətinin adından bu iki illik sədrliyi ərzində cəmiyyətin fəaliyyətində gəncləri cəlb edərək onlara göstərdiyi etimada və gənclərin inkişafına verdiyi dəstəyə görə AKC-nin sədri Uzeyir Rahimova təşəkkürnamə verildi.

Konqresin maraqlı məqamlarından biri də AKC-nin idarə heyətinin yeganə qadın üzvü dr_yasmin_rustamovanın kitabının təqdimatı oldu. Belə ki, Yasmin Rüstəmovanın Massimo Lombardi ilə birlikdə müəllifi olduqları “Cardiac Magnetic Resonance Atlas 101 Clinical Cases” kitabı həkimlərin istifadəsinə verildi.

Günün sonunda konqres boyunca seçki zalında keçirilən 2024-2025-ci illər üzrə AKC-nin yeni sədr və idarə heyəti tərkibinin seçilməsi üçün keçirilən səs vermənin nəticələri elan olundu. (bu barədə daha ətraflı növbəti paylaşımda olacaq)

Tədbrin son günü AKC-nin milli konqreslərində ənənə halı almış dr.Əli Ələkbərovun xatirəsinə həsr olunmuş kliniki hal təqdimatları izlənildi. Xüsusi peşəkarlıqla hazırlanmış bir-birindən maraqlı təqdimatlardan Naxçıvan Hərbi Hospitalın həkimi Arif Cavadova hazırladığı “Propofol infuziyası sindromu, Bruqada fenokopiyası” və Bakı Sağlamlıq Mərkəzinin həkimi Sevinc Əliyevaya hazırladığı “Sol persistan superior vena kava olan xəstədə cib infeksiyalaşmasına bağlı lead ekstraksiyası” təqdimatlarına görə Cardiac Magnetic Resonance Atlas 101 Clinical Cases kitabı hədiyyə edildi. Birinci yerin qalibi Bakı Sağlamlıq Mərkəzinin həkimi Ülviyyə Namazovaya isə hazırladığı “Williams sindromlu pasientdə pulmonar arteriya şaxələrindəki darlıqların perkutan angioplastikası” təqdimatına görə AKC hesabına Türk Ulusal Kardioloji Konqresində iştirak haqqı hədiyyə edildi.

Beləliklə xaricdən dəvət edilmiş 16 mütəxəsisin iştirakı təmin edildi. Dünyanın qabaqcıl Kardioloqlarından olan Christophe Leclercq (Fransa), Massimo Lombardi (Italiya), Petar Seferovic (Serbiya), Zviad Kipiani (Gürcüstan), Eliano Pio Navarese, Anjela Solovyova Servet Altay, Cemil Izgi və başqaları dəyərli biliklərini həkimlərimizlə paylaşdı. Çıxışların ardınca “Milli tədqiqatlar sessiyası” çərçivəsində teziz təqdimatlarına yer verildi.

Konqresin elmi proqramını hazırlayan Elnur İsayev, Yasmin Rüstəmova və Kardioloq Dr. Oktay Musayev başda olmaqla əziyyəti keçən hər kəsə dərin minnətdarlığımızı bildirirk.

×