Əsas səhifə Xəbərlər “Xronik Koronar Sindrom”
25-06-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupu tərəfindən təşkil olunan növbəti onlayn tədris seminarı 26 iyun 2026-cı il tarixində keçiriləcək.
Seminarın mövzusu “Xronik Koronar Sindrom” olacaq. Təqdimat Gənc Kardioloqlar və Rezidentlər İşçi Qrupunun üzvü Sona Qasımzadə tərəfindən aparılacaq.
Tədbir çərçivəsində xronik koronar sindromun müasir diaqnostik və müalicə prinsipləri, klinik yanaşmalar, eləcə də gündəlik praktikada rast gəlinən aktual məsələlər müzakirə ediləcək. Seminarın əsas məqsədi gənc həkimlərin və rezidentlərin peşəkar biliklərinin artırılmasına, elmi-praktik təcrübə mübadiləsinin təşviqinə və müasir kardioloji yanaşmaların paylaşılmasına töhfə verməkdir.
Qoşulma linki seminar başlamazdan əvvəl Azərbaycan Kardiologiya Cəmiyyəti tərəfindən rəsmi informasiya kanalları vasitəsilə paylaşılacaq.Bütün maraqlanan həkimlər, rezidentlər və tibb ictimaiyyətinin nümayəndələri seminarda iştirak etməyə dəvət olunur.