Əsas səhifə Tədbirlər Elmi tədqiqatları necə aparmaq və təqdim etmək olar?

Elmi tədqiqatları necə aparmaq və təqdim etmək olar?

Elmi tədqiqatları necə aparmaq və təqdim etmək olar?

30 iyun 2026-cı il tarixində Azərbaycan Kardiologiya Cəmiyyətinin ev sahibliyi ilə “Elmi tədqiqatları necə aparmaq və təqdim etmək olar?” mövzusunda elmi-praktik təlim təşkil olunacaq.

Təlimin məqsədi səhiyyə sahəsində çalışan mütəxəssislərin elmi tədqiqatların planlaşdırılması, aparılması və beynəlxalq standartlara uyğun şəkildə təqdim olunması sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində elmi tədqiqat növləri və metodları, tədqiqat dizaynları, protokolun hazırlanması, qeydiyyat sistemləri vasitəsilə tədqiqatların təşkili, elmi nəşrlərin və təqdimatların hazırlanması, jurnal seçimi, redaktorların gözləntiləri, resenziyalara cavablandırma prinsipləri, həmçinin elmi nəşrlərdə süni intellektdən səmərəli istifadə kimi aktual mövzular üzrə məruzələr təqdim ediləcək və müzakirələr aparılacaq.

Tədbirdə yerli və xarici ekspertlər öz təcrübələrini iştirakçılarla bölüşəcək, elmi fəaliyyətlə məşğul olan həkimlər, rezidentlər və tədqiqatçılar üçün praktik tövsiyələr təqdim olunacaq.

Tarix: 30 iyun 2026
Vaxt: 09:00
Məkan: Yeni Klinika

Azərbaycan Kardiologiya Cəmiyyəti bütün maraqlı mütəxəssisləri bu faydalı elmi tədbirdə iştirak etməyə dəvət edir.

×