Əsas səhifə Tədbirlər Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası kursu

Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası kursu

Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası kursu

Yeni Klinika04-05.05.2024

4-5 may 2024-cü il tarixlərində Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) ev sahibliyi ilə Avropa Preventiv Kardiologiya Assosasiyasının “Ürək-damar xəstəliklərinin profilaktikası və reabilitasiyası” mövzusunda kursu keçirilib. Tədbir Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Yeni Klinika tibb müəssisəsində baş tutmuşdur. Tədris kurs direktorları Rəhimə Qabulova, Ana Abreu, TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov və AKC sədri Ülvi Mirzoyevin çıxışları ilə başlanıb. Onlar xaricdəki elmi dərnəklərin tədbirlərinin ölkəmizdə keçirilməsinin ölkəmiz üçün əhəmiyyətini vurğulayaraq tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən fəaliyyətlərin təqdirəlayib hesab etdiklərini bildiriblər.

Kursda Portuqaliya, İtaliya, Niderland, Belçika, Ukrayna, Türkiyə, Gürcüstan və Qazaxıstan kimi ölkələrdən dəvət olunmuş məruzəçilərlə yanaşı yerli məruzəçilərin çıxışları dinlənilib. Tədbirdə mözu üzrə aktual sayılan risk faktorlarının idarə olunması, sağlam həyat tərzi, idman və psixoloji faktorların əhəmiyyəti vurğulanıb, kardioloqlara ən son təlimatlara müvafiq xəstə müşayəti strategiyası barədə bilklər aşılanıb. Kursda həmçinin kliniki hal əsaslı və plenar müzakirələrə yer verilib. Kurs iştirakçılara mənimsəmə və təcrübə mübadiləsi etmə baxmından geniş imkanlar yaradıb.

Bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi xarici iştirakçıların da diqqətindən kənar qalmayıb. Beləki, kursda Rusiya və Qazaxıstandan olan həkimlər də iştirakçı qismində yer alıblar. Tədris ana dilinə birbaşa tərcümə olunub.

Tədbirdə səslənən çıxışları aşağıdakı linkdən izləyə bilərsiniz.

https://drive.google.com/file/d/1ii2u71ahTwQs_pZVCYY0CIv8yEifXhq8/view

×