Əsas səhifə Xəbərlər ESC Congress 2024-xülasə
09-09-2024
Məlumat verildiyi kimi 30 avqust – 2 sentyabr 2024-cü il tarixlərində London şəhərində Avropa Kadiologiya Cəmiyyyətinin illik konqresi keçirilib. Tədbirdə iştirak etmək üçün ölkəmizdən çox sayda kardioloqlar iştirak edib. Azərbaycan Kardiologiya Cəmiyyəti də tədbir çərçivəsində bir neçə sessiyada yer alıb və layiqincə təmsil olunub. Belə ki, tədbirin ilk günü 30.08.2024 -cü il tarixində Azərbaycan və Latviya Kardiologiya Cəmiyyətləri arasında “Xərçəng xəstələrinə göstərilən ürək-damar xidmətində inkişaf” mövzusunda qarşılıqlı sessiya keçirilib. Sessiyada cəmiyyətin sədri Dr.Ülvi Mirzoyev moderatorluq, Elmi araşdırmalar işçi qrupunun rəhbəri Dr.Törə Sadıqova və İdarə heyətinin üzvü Dr.Yasmin Rüstəmova mövzu üzrə çıxış ediblər. Konqresin növbəti günü 31.08.2024-cü il tarixində Dr.Ülvi Mirzoyevin sədrlik etdiyi “Daily Hightlihts” sessiyasında Rəqəmsal kardiologiya və innovasiyalar işçi qrupunun rəhbəri Dr.Mehriban İsgəndər və Dr.Pərviz Cəfərov məruzəçi olublar. Eyni gün Azərbaycan Kardiologiya Cəmiyyətinin stendində “Get together” layihəsi çərçivəsində görüş keçirilib. Stendimizi bir çox aparıcı kardioloqlar və Avropa Kardiologiya Cəmiyyətinin tanınmış simaları ziyarət edib, qarşılıqlı əlaqələrin qurulması istiqamətində danışıqlar aparılıb. ESC konqresi zamanı doktorlarımızdan Xatirə Abduləlimova, Zöhrə Əlimli, Şəfa Şahbazova, Şəhanə Ələsgərli, Şəfəq Mustafayeva, Aytən Hacılı və başqaları fərqli sessiyalarda moderator və məruzəçi kimi iştirak edərək cəmiyyətimizi layiqincə təmsil ediblər.
Həmçinin konqresdə Avropa Kardiologiya Cəmiyyəti yeni FESC -(Fellow of European Society of Cardiology) təqdim edib. Təqdimatda AKC-nin 15 fəal üzvü – Sara Bayramzadə, Mehriban İsgəndər, Şahin Xəlilov, Gülanə Ağayeva, Gülay Məmmədova, Məhərrəm Nəsifov, Vəfa Nəzirova, Sona Qəhrəmanova, Musa Qəhrəmanov, Şəfa Şahbazova, Xatirə Abduləlimova, Elnur İsayev, Pərviz Cəfərov, Rəşad Abasov, Saleh Hüseynov yeni FESC üzvləri elan olunub.
Bununla da Azərbaycan Kardiologiya Cəmiyyəti ESC Congress 2024 tədbirində iştirakını müvəffəqiyyətlə başa çatdırıb.