23-06-2026
Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv Kardiologiya İşçi Qrupunun təşkilatçılığı ilə 20 iyun 2026-cı il tarixində Liv Bona Dea Xəstəxanasında “İVUS – Şəkildən Strategiyaya Qədər” adlı elmi-praktik kurs uğurla keçirildi.
Kursun əsas məqsədi intravaskulyar ultrasəsin (IVUS) gündəlik invaziv kardiologiya praktikasında tətbiqi, görüntülərin düzgün interpretasiyası və əldə olunan məlumatlar əsasında optimal müdaxilə strategiyasının müəyyənləşdirilməsi istiqamətində iştirakçıların nəzəri bilik və praktiki bacarıqlarının artırılması idi.
Tədbir çərçivəsində təqdim olunan məruzələr və interaktiv müzakirələr vasitəsilə IVUS texnologiyasının müasir klinik praktikadakı əhəmiyyəti, mürəkkəb koronar halların idarə olunmasında rolu və qərarvermə prosesinə verdiyi töhfələr ətraflı şəkildə müzakirə olundu.
Azərbaycan Kardiologiya Cəmiyyəti kursun elmi səviyyəsinin yüksəldilməsinə töhfə verən bütün məruzəçilərə və fəal iştiraklarına görə iştirakçılara təşəkkürünü bildirir.
Həmçinin, tədbirin həyata keçirilməsinə göstərdiyi şərtsiz elmi dəstəyə görə Acino Pharma şirkətinə minnətdarlığımızı ifadə edirik.